"Yeni Azərbaycan" referendum təşviqat qrupunun ilk yığıncağı
keçirilmişdir
Yeni Azərbaycan
Partiyası (YAP) sədrinin
müavini - icra katibi, Milli Məclisin
deputatı Əli Əhmədovun sədrliyi
ilə keçirilmiş
yığıncaqda "Yeni
Azərbaycan" referendum təşəbbüs
qrupunun 250 nəfər
üzvü iştirak
etmişdir.
Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi
Əli Əhmədov bildirmişdir ki, Milli Məclis ötən il
dekabrın 26-da "Azərbaycan
Respublikasının Konstitusiyasına
əlavələr və
dəyişikliklər edilməsinə
dair referendumun keçirilməsi haqqında"
qərar qəbul etmişdir. YAP Seçki
Məcəlləsinə uyğun
olaraq, "Yeni Azərbaycan" təşəbbüs
qrupu yaratmışdır.
Dekabrın 31-də Seçki Məcəlləsinin tələblərinə
və MSK-nın qəbul etdiyi təlimatlara müvafiq olaraq "Yeni Azərbayacan" təşəbbüs
qrupunun yığıncağı
keçirilmiş və
sənədlər MSK-ya
təqdim edilmişdir.
Həmin
qurumdan imza vərəqləri alınmış
və 46950 nəfər
seçicinin imzası
toplanaraq MSK-ya təqdim edilmişdir.
Qısa vaxt içərsində təşəbbüs qrupunun
imzatoplama kampaniyası
uğurla başa çatdırılmışdır.
Əli Əhmədov qeyd etmişdir ki, imzatoplama kampaniyasına partiyanın 1000 nəfərdən
yuxarı fəalı
cəlb edilmiş və onlar öz
üzərlərinə düşən
vəzifəni layiqincə
yerinə yetirmişlər. "Yeni
Azərbaycan" təşəbbüs
qrupu MSK-nın 2009-cu il 22 yanvar
tarixli iclasının
qərarı ilə qeydə alınmışdır.
Bu gün keçirdiyimiz
yığıncağın gündəliyində bir sıra məsələlər
dayanır, "Yeni Azərbaycan" referendum təşviqat
qrupunun səlahiyyətli
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrini,
təşviqat qrupunun
vəkil edilmiş şəxslərinin siyahısını
təsdiq etməli, bizim qurumu seçki
komissiyalarında təmsil
edəcək məşvərətçi
səs hüquqlu nümayəndələri və
müşahidəçiləri müəyyən etməliyik.
Sonra yığıncaqda
"Yeni Azərbaycan"
təşəbbüs qrupunun
nümayəndələrindən YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP Xətai rayon təşkilatının sədri
Hüseynbala Mirələmov,
YAP Nəsimi rayon təşkilatının
sədri Məlahət
Həsənova, YAP Qaradağ
rayon təşkilatının sədri Aydın Hüseynov və başqaları çıxış
edərək bildirmişlər
ki, "Yeni Azərbaycan" təşəbbüs
qrupu Seçki Məcəlləsinin tələblərinə
və MSK-nın qəbul etdiyi təlimatlara uyğun olaraq, fəaliyyətini çox uğurla davam etdirmiş və MSK tərəfindən
qeydə alınmışdır.
Vurğulanmışdır ki, "Yeni
Azərbaycan" təşviqat
qrupu öz üzərinə düşən
vəzifəni bundan sonra da uğurla
yerinə yetirəcəkdir.
Başlıca məqsəd Konstitusiyaya
əlavə və dəyişikliklərlə bağlı
ümumxalq müzakirəsinə
çıxarılmış məsələlərin seçicilər
arasında təşviqatını
geniş və hərtərəfli aparmaqdır.
Müzakirələrdən sonra gündəlikdə duran məsələlər
səsverməyə qoyulmuşdur. Yığıncaqda
"Yeni Azərbaycan"
təşviqat qrupunun
səlahiyyətli nümayəndəsi
Əli Əhmədova
və digər səlahiyyətli nümayəndələrə
təşviqat qrupu adından notariat qaydasında təsdiq edilmiş vəkalətnaməni
imzalamaq hüququ verilmiş, təşviqat
qrupunun 246 nəfər
nümayəndəsi, 24 nəfər
səlahiyyətli nümayəndəsi,
Siyavuş Novruzov təşviqat qrupunun maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndəsi, 25 nəfər
vəkil edilmiş şəxslər, Milli Məclisin deputatları Aydın Mirzəzadə təşviqat qrupunun MSK-da məşvərətçi
səs hüquqlu üzvü, Rauf Əliyev isə MSK-da müşahidəçisi,
eləcə də təşviqat qrupunun dairə və məntəqə seçki
komissiyalarında məşvərətçi
səs hüquqlu üzvləri və müşahidəçiləri təyin olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-25 yanvar.-S.1.