Əməliyyat müşavirəsində
Bakı polisinin gördüyü işlər
və qarşısında
duran vəzifələr
müzakirə olunmuşdur
Yanvarın 24-də
daxili işlər naziri, general-polkovnik Ramil Usubovun
iştirakı ilə Bakı Şəhər Baş Polis
İdarəsində 2008-ci ilin yekunlarına həsr olunmuş əməliyyat
müşavirəsi keçirilmişdir.
Daxili İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, Bakı Şəhər Baş
Polis İdarəsinin rəisi,
polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa
qarşı mübarizə,
ictimai qaydanın və təhlükəsizliyin
təmini, xidməti fəaliyyətin digər sahələrində həyata
keçirilmiş tədbirlər
və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin,
vətəndaşların hüquq
və azadlıqlarının
təmin edilməsi, cinayət törətmiş
şəxslərin məsuliyyətə
cəlb olunması istiqamətində məqsədyönlü
tədbirləri davam etdirmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır. Hesabat dövründə Bakı
şəhərində qeydə
alınmış 10390 cinayət
hadisəsinin açılması
81,4 faiz olmuş, əvvəlki illə müqayisədə ölümə
sui-qəsdlərin sayı
34,3 faiz, qəsdən
sağlamlığa ağır
xəsarət yetirmələr
9,3 faiz, nəqliyyat vasitələrinin istismarı
qaydalarının pozulması
1,8 faiz, ölümlə
nəticələnən yol-nəqliyyat
hadisələri 6,2 faiz
azalmışdır. Əllərdə
qanunsuz saxlanılan
257 odlu silah, o cümlədən 28 avtomat,
60 tapança, 164 tüfəng
və xeyli sayda sursat götürülmüş,
146 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.
Axtarışda olan təqsirləndirilən şəxslərin
75,4 faizinin tutulması təmin edilmişdir. Eyni zamanda, vətəndaşların
ərizə və şikayətlərinə baxılması,
onların qəbulu məsələlərinə də
xüsusi önəm verilmişdir.
Baş idarənin rəisi mövcud nöqsanların
aradan qaldırılmasının
planlı şəkildə
həyata keçirilməsi
sahəsində görülən
işlərdən də
danışmışdır.
Məruzə ətrafında çıxış
edənlər mövcud
nöqsanları qısa
müddətdə aradan
qaldıracaqlarına söz
vermişlər.
Əməliyyat müşavirəsinə
yekun vuran nazir, general-polkovnik Ramil Usubov qeyd
etmişdir ki, 2008-ci ildə daxili işlər orqanları tərəfindən cinayətkarlığa
qarşı mübarizə,
asayişin mühafizəsi
sahəsində ölkənin
qanunlarından, Azərbaycan
Respublikası Prezidentinin
fərman, sərəncam
və konkret tapşırıqlarından irəli
gələn vəzifələrin
yerinə yetirilməsi
işi məqsədyönlü
şəkildə davam
etdirilmişdir.
Həyata keçirilən tədbirlər
- ölkədəki əlverişli
investisiya mühitinin,
iqtisadiyyatın inkişafı,
strateji əhəmiyyətli
beynəlxalq layihələrin
uğurla həyata keçirilməsi üçün
mühüm amillərdən
olan ictimai-siyasi sabitliyin etibarlı qorunmasında, orqan və hissələrdə
fəal inkişaf tempinin saxlanılmasında
böyük rol oynamışdır.
Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də Bakı şəhərinin polis orqanları
cinayətkarlığa qarşı
mübarizə və ictimai təhlükəsizliyin
təmini sahəsində
qarşıya qoyulan vəzifələri layiqincə
yerinə yetirmişlər.
Qeyd edilmişdir
ki, ötən il paytaxt üzrə
cinayətlərin açılma
faizi ümumən yüksək olmuş, cinayətkarlığa qarşı
aparılan məqsədyönlü
mübarizə nəticəsində
quldurluq, soyğunçuluq
və oğurluq cinayətləri törətmiş
89 nəfərdən ibarət
38 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Odlu silahın
tətbiqi ilə törədilən cinayətlərin
sayı 19,4 faiz azalmışdır.Cinayətlər
nəticəsində fiziki
və hüquqi şəxslərə dəymiş
maddi ziyandan 72,2 faizinin ödənilməsi
təmin edilmişdir.
Küçələrdə baş vermiş cinayətlər 14,9 faiz, yol-nəqliyyat hadisələrinin sayı
9,2 faiz, qəzalarda ölənlərin sayı
13,1 faiz, yaralananların
sayı 11,6 faiz azalmışdır.
Yol verilmiş qanun pozuntularının sayı,
o cümlədən insan
hüquq və azadlıqlarının pozulması
halları əvvəlki
illə müqayisədə
xeyli azalmışdır.
Daxili işlər naziri Ramil Usubov müşavirə
iştirakçılarının diqqətini şəhərin
polis orqanlarının fəaliyyətində
mövcud olan nöqsanlara, eləcə də qarşıda duran həlli vacib məsələlərə
yönəltmiş, tapşırıq
və tövsiyələrini
vermiş, nöqsanların
aradan qaldırılması
yollarını göstərmişdir. Nazir qeyd
etmişdir ki, əməkdaşların peşəkarlığının
və fiziki hazırlığının artırılması,
nizam-intizamın daha da gücləndirilməsi,
onların cinayətkarlığa
qarşı mübarizənin
yeni forma və üsullarını mənimsəmələri,
bu yöndə işin müasir tələblər səviyyəsində
təşkili məqsədi
ilə lazımi tədbirlər görülməlidir.
Ulu öndər
Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafı
ilə bağlı müəyyən etdiyi strateji kursun Prezidenti İlham Əliyev tərəfindən
müvəffəqiyyətlə davam etdirilməsi, bu məqsədlə həyata keçirdiyi möhtəşəm quruculuq
işləri, iqtisadi və sosial sahələrdə əldə
olunmuş uğurlar, ölkəmizin beynəlxalq
aləmdə artan nüfuzu, regionun lider dövlətinə çevrilməsi daxili işlər orqanlarının
da üzərinə müasir dövrün tələblərinə uyğun
məsul vəzifələr
qoyur.
Nazir demişdir ki, bu gün şəxsi
heyətin öz xidməti vəzifələrini
uğurla yerinə yetirməsi üçün
Azərbaycan Prezidenti tərəfindən bütün
lazımi şərait
yaradılmış, əməkdaşlarımız
və hərbi qulluqçularımız xüsusi
diqqət və qayğı ilə əhatə olunmuşlar.
Dövlətimizin başçısının daxili
işlər orqanlarına
göstərdiyi diqqət
və qayğıya cavab olaraq hər
bir əməkdaş üzərinə düşən
vəzifələri nümunəvi
yerinə yetirməli,
Vətəninə, dövlətinə,
xalqına ləyaqətlə
xidmət etməlidir.
General-polkovnik
Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevi əmin etmişdir ki, daxili işlər
orqanlarının, o cümlədən
Bakı Şəhər
Baş Polis İdarəsinin
şəxsi heyəti
cinayətkarlığa qarşı
mübarizəni davam etdirəcək, dövlət
başçısının sabitliyin, əmin-amanlığın,
ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya
qoyduğu bütün
vəzifələri əzmlə
yerinə yetirəcək,
dövlətçiliyimizin və müstəqilliyimizin
keşiyində bundan sonra da ayıq-sayıq
dayanacaqdır.
AzərTAc
Azərbaycan.-2009.-25 yanvar.-S.4.