2009-cu il martın 18- təyin edilmiş referendumla əlaqədar "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı

 

2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 22 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 19-da yuxarıda göstərilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan Oqtay Zeynalovun Cahangir Əmirxanlının Gəncə şəhər Nizami Rayon Polis Şöbəsinə çağırılaraq onların imza toplamasına maneçilik törədilməsini iddia edib, həmin şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.

Səlahiyyətli nümayəndənin müraciəti Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin şəxslərin 19 yanvar 2009-cu il tarixdə Gəncə şəhər Nizami Rayon Polis Şöbəsinə dəvət edilmələri referendum üzrə təşviqat qrupunun dəstəklənməsi üçün imza toplamaqla əlaqədar olmamışdır. Belə ki, onlar Gəncə şəhəri "Xan Bağı" istirahət parkında yerləşən çayxanalarda vətəndaşlar arasında təşviqat apararaq Fələstin-İsrail münaqişəsi ilə bağlı kütləvi tədbirlərin keçirilməsi məqsədilə İsrail əleyhinə imza toplamaq çağırışları ilə əlaqədar vətəndaşlardan daxil olmuş rəsmi qeydə alınmış şikayət ərizələri əsasında polis şöbəsinə dəvət edilmişlər.

Bununla da "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətində göstərilən hallar araşdırma ilə öz təsdiqini tapmamışdır. Onun tərəfindən bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir.

Göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 7-ci bəndlərinə əsasən qərara alır:

1. "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

 

Üzvlər

 

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli

 

24.01.09

 

 

Azərbaycan.-2009.-25 yanvar.-S.4.