2009-cu il martın 18- təyin edilmiş referendumla əlaqədar "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı

 

2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 21 yanvar 2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasına müraciət edərək Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində imza toplama prosesi zamanı imza atmış şəxslərə qarşı təzyiqlər edilməsini bildirib, bununla əlaqədar tədbirlər görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olduğundan, Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə əsasən Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində yaradılmış vətəndaşların şikayətlərinin araşdırılması üzrə ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq, bu barədə müvafiq rəy verilmiş Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun maraqlarını təmsil edən şəxslər imza toplanılmasının məqsədləri ilə əlaqədar vətəndaşlara yanlış məlumat verərək, Seçki Məcəlləsinin tələblərini pozmaqla bir qrup Cəlilabad rayon Təzəkənd kənd sakinlərindən imza toplamışlar. Bununla əlaqədar həmin sakinlər öz hüquqlarının pozulmasını iddia edərək kənd icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri sahə inspektoruna bu barədə məlumat vermişlər. Eyni zamanda həmin səlahiyyətli şəxslər tərəfindən imza vermiş vətəndaşlara müvafiq təşəbbüs qrupunun maraqlarını təmsil edən imza toplayan şəxslərə qarşı hər hansı bir təzyiqlər edilməmişdir.

Göstərilənlərə əsasən, "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 7-ci bəndlərinə əsasən qərara alır:

1."Respublikaçılar" referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

 

Üzvlər

 

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli

 

24.01.09

 

Azərbaycan.-2009.-25 yanvar.-S.4.