Şirvan: yeni ad, yeni libas

 

Şirvan şəhəri inkişaf edir, aydan-aya, ildən-ilə abadlaşır. Son 5 ildə şəhərin siması xeyli dəyişmiş, tanınmaz olmuşdur. Burada neçə-neçə yaşayış evləri, inzibati binalar, istehsal sahələri inşa edilmiş, uzun illərdən bəri dayanmış müəssisələr yenidən fəaliyyətə başlamışdır. Yeni yerlərinin açılması isə insanların güzəranını yaxşılaşdırmışdır. Şəhərin elektrik enerjisi, təbii qaz, içməli su təminatında da əsaslı dönüş yaranmışdır. İndi normal yaşamaq üçün Şirvanda hər cür şərait var. Amma bütün bunlar birdən-birə mümkün olmamışdır.

Çılpaqlı yaşayış massivindəki orta məktəb binası 2001-ci ildə baş vermiş zəlzələ nəticəsində ciddi zədələndiyindən şəhər rəhbərliyi ictimaiyyətin nümayəndələri 2006-cı ildə Novruz bayramı ərəfəsində Şirvana səfər edən Prezidentdən onun yenidən tikilməsini xahiş etmişdilər. Ölkə başçısı 2006-cı il avqustun 31-də "Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında" sərəncam imzaladı bunun həyata keçirilməsi ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan 1,3 milyon manat vəsait ayrıldı. Həmin gün eyni zamanda Müalicə-Diaqnostika Mərkəzinin təməli qoyuldu, digər mühüm obyektlərin açılış mərasimi keçirildi.

Ölkə başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə 2007-ci il dekabrın 24-də yenidən Şirvana səfər etdi. Ötən səfəri zamanı təməlini qoyduğu Müalicə-Diaqnostika Mərkəzinin, Çılpaqlı qəsəbəsindəki 4 saylı orta məktəbin, Yağ Emalı Zavodunun açılışında iştirak etdi, Müdafiə Sənayesi Nazirliyinin "Telemexanika" zavodu ilə tanış oldu, "Cənub" Elektrik Stansiyasının təməlini qoydu. Şəhər ictimaiyyətinin qarşısında çıxış edən Prezident qeyd etdi ki, ölkəmizin iqtisadi potensialı ildən-ilə möhkəmlənir, beynəlxalq aləmdəki nüfuzu artır, sosial problemlərin həlli üçün imkanlar genişlənir.

ARDNŞ-in vəsaiti hesabına tikilən, Yaponiya, Almaniya, Türkiyə Rusiyada istehsal olunan ən müasir tibbi avadanlıqlarla təchiz edilən Müalicə-Diaqnostika Mərkəzində hazırda 250 nəfər çalışır. Müalicə ocağında poliklinika, qəbul şüa diaqnostikası, rentgen, cərrahiyyə, anesteziologiya reanimasiya şöbələri, dialez, intensiv terapiya bölmələri, eləcə əməliyyat sterilizasiya bloku fəaliyyət göstərir. Yerli camaat ətraf rayonların əhalisi müxtəlif xəstəliklərin müayinəsi müalicəsi üçün daha Bakıya digər şəhərlərə getmir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi Şirvan şəhərində uğurla həyata keçirilməkdədir. Çılpaqlı qəsəbəsindəki 2 3 mərtəbəli 3 korpusdan ibarət məktəbdə 33 sinif otağı var. Burada 680 şagird bir növbədə təhsil alır, 43 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olur. Təhsil ocağında 21 kompüter dəsti quraşdırılmışdır. Məktəbdə həmçinin fizika, kimya, biologiya laboratoriyaları, fənn kabinetləri, akt idman zalları var, 15 minə yaxın dərslik ədəbiyyatı olan kitabxana fəaliyyət göstərir. Təhsil müəssisəsində futbol, voleybol basketbol meydançaları tikilmiş, müasir istilik sistemi quraşdırılmışdır. Bütövlükdə son illər şəhərdə 3 yeni məktəb tikilmiş, fəaliyət göstərən təhsil ocaqlarının, uşaq bağçalarının hamısı, demək olar ki, əsaslı şəkildə yenidən qurulmuşdur.

Prezidentin 7 may 2008-ci il tarixli sərəncamı ilə adı dəyişdirilən Şirvan şəhəri üçün keçən il əlamətdar olmuşdur. Məhsul istehsalı xidmətlərin həcmi 300 milyon manata yaxın olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. İstehsal olunan məhsulların 26,8 faizi dövlət, 73,2 faizi isə özəl sektorun payına düşür. Keçən il tikinti işlərinin həcmi 9 milyon manata yaxın olmuşdur ki, bu da 2003-cü ildəkindən 5,2 dəfə artıqdır. Bu digər tədbirlər nəticəsində son 5 ildə şəhərdə 7,5 min yeri yaradılmışdır ki, onun da 4 mindən çoxu daimidir.

Hazırda şəhərdə 780-800 meqovat gücündə yeni elektrik stansiyası tikilir, Qarabag əlilləri, şəhid ailələri üçün yaşayış binası, ümumilikdə 620 mənzilli 7 yaşayış evi inşa edilir. Görülən işlərin siyahısını uzatmaq da olar. Amma elə bunsuz da yeni adlı Şirvanın yeni görkəmi göz qabağındadır.

 

 

Seyran Cavadov

 

Azərbaycan.-2009.-25 yanvar.-S.5.