Naxçıvanda karbon qazı və quru buz istehsal
edən müəssisə
istifadəyə verilib
Naxçıvan Muxtar
Respublikasında Darıdağ deyiləndə ilk növbədə
Culfa rayonu ərazisində mövcud olan dağ silsiləsinin ən
yüksək zirvəsi başa düşülür. O, dəniz
səviyyəsindən 2 min metrə yaxın hündürlükdə yerləşir.
Darıdağ massivi həm
də böyük ərazini əhatə edir. Əlincəçayla Qaradərə çayı
arasındakı ərazidə
böyük dağ silsilələri ilə yanaşı, geniş torpaq sahələri mövcuddur. Dağın yuxarı
hissəsi əkin üçün yararlı
olduğundan qədim zamanlarda burada dəmyə üsulu ilə əkin aparılırmış.
Geoloji tədqiqatlar nəticəsində
ərazidə bir çox faydalı qazıntı yataqları aşkar olunub. Onların fiziki
və kimyəvi xüsusiyyətləri alimlər
tərəfindən öyrənilib.
Darıdağdakı mineral su yatağı
diqqəti daha çox cəlb edib. Yataqdakı su dünyada
çox nadir təsadüf
olunan arsenli sular qrupuna daxildir.
Onu bu tipli
sular içərisində
dünyada daha çox şöhrət qazanan İtaliyadakı Ronçeno və Leviko, Fransadakı Lya-Burbul , Polşanın Kidova, Rusiyanın Saxalin vilayətindəki Sineqorsk mənbələri
ilə müqayisə
edirlər. Həmin mineral sulardan əsasən
ürək-damar sistemi,
dayaq-hərəkət orqanları,
periferik əsəb sistemi, dəri, ginekoloji xəstəliklərin
müalicəsində balneoloji
məqsədlərlə istifadə
edilir.
Son illər bölgədə
aparılan genişmiqyaslı
quruculuq tədbirləri
çərçivəsində Darıdağda müasir tipli müalicəxana binası tikilib istifadəyə verilib. Onu da qeyd edək ki, yataqdakı arsenli mineral su yerin dərin qatlarından termal şəkildə üzə
çıxır. Ötən əsrin
birinci yarısında
burada kəşfiyyat xarakterli çoxlu quyular qazılsa da, hazırda iki quyudan istifadə
olunur. Yerin səthində suyun
hərarəti müsbət
53 dərəcədən aşağı
düşmür. Arsenli mineral suyun
üstün cəhətlərindən
biri də onun tərkibində karbon qazının çox olmasıdır.
Ötən əsrin 70-ci illərində
su yatağının
bazasında karbon qazının alınması
məqsədilə aparılan
kəşfiyyat işləri
uğurla nəticələndiyindən
ərazidə Darıdağ
karbon qazı zavodu tikilib. Əvvəllər Yeyinti Sənayesi Nazirliyinin, sonralar isə "Azminsu" İstehsalat Birliyinin tabeliyində olan müəssisədən əsasən
mineral suların və
şampan ickilərinin
qazlaşdırılmasında istifadə olunub. Sonrakı illərdə isə müəssisənin istehsal
gücündən səmərəli
istifadə edilməyib.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
bu müəssisənin
də üzərinə
işıq saldı. İndi müəssisədə
istehsalın həcmi ilə yanaşı, çeşidlərin sayı
da artıb. "Karbon qazı
zavodu" ASC-nin direktoru Elman Seyidov bildirir ki, müəssisədə
yenidənqurma və əsaslı təmir işlərinə 1 milyon
95 min manat xərclənilib.
Onun 680
min manatı Sahibkarlığa
Kömək Milli Fondundan alınıb.
Bundan əlavə, "Nəqşicahan
Holdinq" Şirkətlər
Qrupu tabeliyində olan müəssisəyə
maddi dəstək verib.
Müəssisədə əsasən Rusiya və Ukraynadan gətirilən avadanlıqlar
quraşdırılıb. Müasir tipli
laborotoriyanın yaradılması
isə müəssisədə
keyfiyyətli məhsula
ilkin təminat yaradıb. Kompressor və soyuducular
da təzələnib.
Hazır
məhsullar anbarının
güçü 24 tondur.
Məhsulun uzaq ünvanlara
daşınması üçün
3 avto-sistern alınıb.
Yeni texnoloji avadanlıqlar hesabına müəssisənin
istehsal gücü
6300 tondur. Halbuki muxtar respublikada fəaliyyət göstərən
müəssisələrin il ərzində karbon qazına olan ehtiyacları 1100 tona yaxındır. Odur ki, istehsal olunan
məhsulun əsas hissəsinin ölkəmizin
digər bölgələrində
və qonşu xarici ölkələrdə
satılması nəzərdə
tutulur.
Müəssisənin direktoru onu da
deyir ki, təbii yolla əldə olunan xammalın istehsalı bir qədər ucuz başa gəldiyindən alıcı
sarıdan narahatlıq
yoxdur. Əsas bazar ölkədəki
mineral su istehsalı ilə məşğul olan müəssisələrdir.
Bir qədər də müəssisənin spesifik
xüsusiyyətləri barədə.
Mineral su yatağından
2650 metr məsafədə
borularla gətirilən
xammal burada 3 mərhələdə sıxılıb
soyudularaq maye halına salınır, xüsusi filtrlərlə təmizləndikdən sonra
anbara ötürülür.
Eyni zamanda ilk dəfə olaraq müəssisədə
quru buz istehsal edən sex yaradılıb. Karbon qazının
sürətlə buxarlanması
yolu ilə əldə edilən quru buzun istehsalı
üçün 5 qəlib
quraşdırılıb. Sexin illik istehsal gücü 50 tondur. Ondan əsasən tibb sahəsində, dondurma istehsalında, meyvə-tərəvəz
anbarlarında istifadə
olunur. İndiyədək muxtar respublikada
bu məhsula olan tələbat yalnız idxal hesabına ödənilib.
Hazırda isə onun ixracı üçün
yollar axtarılır.
Yeni müəssisənin
açılış mərasimində
iştirak edən Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbov qeyd edib ki, bu
gün muxtar respublikada 224 növ məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Sədr yeni yaradılan
müəssisənin də
muxtar respublika iqtisadiyyatının inkişafında
önəmli rol oynayacağına əminliyini
bildirib.
Məmməd Məmmədov
Azərbaycan.-2009.-25 yanvar.-S.5.