Referendumda səsvermənin
nəticələri haqqında
dairə seçki (referendum) komissiyasının
yekun protokolunun doldurulması qaydasına dair İzah
Ümumxalq səsverməsində (referendumda)
səsvermənin nəticələri
haqqında dairə seçki (referendum) komissiyasının
(bundan sonra - dairə seçki komissiyası) yekun protokolunun (bundan sonra - dairə seçki komissiyasının
protokolu) (bu İzaha 1 saylı əlavə) doldurulması
qaydası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 107-ci və
137-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.
Referendum üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki (referendum) komissiyalarının (bundan sonra - məntəqə seçki komissiyaları) protokollarının 1-ci nüsxələri və onlara əlavə edilmiş digər müvafiq sənədlər məntəqə seçki komissiyalarının sədrləri və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvü tərəfindən dairə seçki komissiyasının sədrinə təqdim edildikdən dərhal sonra, DSK sədrinin tapşırığı ilə dairə seçki komissiyasının üzvləri bu sənədlərin Seçki Məcəlləsinin 106.7-ci maddəsinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayırlar. Bundan sonra səslərin hesablanmasına aid məlumatlar seçki dairəsi üzrə səsvermənin nəticələrinin yekun cədvəlinə daxil edilir.
Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.
Qeyd: protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə onun mütləq q a r a l a m a nüsxəsi tərtib edilməlidir.
Dairə seçki komissiyasının protokolu tərtib edilərkən protokoldakı "Dairə seçki komissiyası səsvermənin nəticəIəri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək seçki dairəsi üzrə səsvermənin nəticəIərini müəyyən etmişdir" ifadəsindən sonra gələn aşağıdakı bəndləri müvafiq ardıcıllıqla doldurmalıdır.
"Seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının sayı" sətrində müvafiq seçki dairəsi üzrə mövcud olan və yeni yaradılmış seçki məntəqələrinin sayı göstərilir.
"Məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı" sətrində səsvermənin baş tutmadığı seçki məntəqələri istisna olmaqla, digər məntəqə seçki komissiyalarından təqdim edilmiş protokolların sayı göstərilir.
"Dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı" sətrində səsvermənin baş tutduğu seçki məntəqələrindən daxil olan protokolların sayı göstərilir (səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri məntəqə seçki komissiyalarının təqdim etdikləri protokollar istisna olunmaqla).
"Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı" sətrində səsvermənin baş tutduğu, lakin səsvermənin nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı göstərilir.
"Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı" sətrində təbii fəlakət, qarşısı alına bilinməyən digər hadisələrin baş verməsi nəticəsində, habelə referendumun keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilmiş qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda yekun protokolunun tərtib edilmədiyi seçki məntəqələrinin sayı göstərilir.
1-ci bənd - dairə üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı
(1=1a+1b)
a) seçici siyahılarındakı
seçicilərin sayı;
b) əlavə seçici
siyahılarında olan
seçicilərin sayı.
Məntəqə seçki komissiyaları protokollarının 1-ci bəndinin
müvafiq olaraq
"a" və "b" yarımbəndlərində göstərilən
rəqəmlərin cəmi
bu protokolun 1-ci bəndinin müvafiq yarımbəndlərində qeyd
edilir. Həmin rəqəmlərin cəmi bu protokolun
1-ci bəndinin rəqəmini
verir və bu rəqəm müvafiq qrafaya yazılır.
2-ci bənd
- qeydiyyatdançıxma vəsiqəsi
almış seçicilərin
sayı
Məntəqə seçki komissiyaları protokollarının 2-ci bəndindəki
rəqəmlər cəmlənərək
bu bənddə qeyd olunur.
3-cü bənd
- məntəqə seçki
komissiyalarına dairə
seçki komissiyasından
verilmiş səsvermə
bülletenlərinin sayı
(3=4+5+6)
Məntəqə seçki komissiyaları protokollarının 3-cü bəndindəki
rəqəmlərin cəmi
bu bənddə qeyd edilir. Bu rəqəm dairə seçki komissiyasından
məntəqə seçki
komissiyalarına müvafiq
akt tərtib edilməklə verilmiş
səsvermə bülletenlərinin
sayına bərabər
olmalıdır (əgər
dairə seçki komissiyasının protokolu
tərtib edilərkən
seçki dairəsinə
aid olan seçki məntəqələrinin hamısından
daxil olmuş protokollar əsas götürülmüşdürsə).
Mötərizədəki hesablamada
(3=4+5+6) göstərildiyi kimi,
bu bəndin rəqəmi protokolun
4-cü (səsvermə bülleteni
alan seçicilərin
sayı), 5-ci (istifadə
edilmədən ləğv
olunmuş səsvermə
bülletenlərin sayı)
və 6-cı (korlanmış
səsvermə bülletenlərinin
sayı) bəndlərinin
rəqəmlərinin cəminə
bərabər olmalıdır.
4-cü bənd
- səsvermə bülleteni
alan seçicilərin
sayı
(4=4a+4b+4c)
a) səsvermə otaqlarından
kənarda;
b) səsvermə otaqlarında
- seçici siyahıları
əsasında [daimi (və ya müvəqqəti)
və əlavə seçici siyahılarında
olan imzaların sayı];
c) səsvermə otaqlarında
- qeydiyyatdançıxma vəsiqəsi
ilə.
Məntəqə seçki komissiyaları protokollarının 4-cü bəndinin
"a", "b" və "c" yarımbəndlərində göstərilən
rəqəmlərin cəmi
bu protokolun 4-cü bəndinin müvafiq yarımbəndlərində qeyd
edilir. Həmin rəqəmlərin cəmi bu protokolun
4-cü bəndinin rəqəmini
verir və bu rəqəm müvafiq qrafaya yazılır.
5-ci bənd
- istifadə edilmədən
ləğv olunmuş
səsvermə bülletenlərinin
sayı
Məntəqə seçki komissiyaları protokollarının 5-ci bəndindəki
rəqəmlərin cəmi
bu bənddə qeyd edilir.
6-cı bənd
- korlanmış səsvermə
bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 6-cı bəndindəki
rəqəmlərin cəmi
bu bənddə qeyd olunur.
7-ci bənd
- səsvermə qutularında
olan səsvermə bülletenlərinin sayı
(müəyyənləşdirilmiş formada olmayan səsvermə bülletenləri*
istisna edilməklə)
(7=7a+7b); (74)
a) daşınan səsvermə
qutularında (7a4a);
b) daşınmaz səsvermə
qutularında (7b4b+4c).
Məntəqə seçki komissiyaları protokollarının 7-ci bəndinin
"a" və "b" yarımbəndlərində göstərilən
rəqəmlərin cəmi
bu protokolun 7-ci bəndinin müvafiq yarımbəndlərində qeyd
edilir. Həmin rəqəmlərin cəmi bu protokolun
7-ci bəndinin rəqəmini
verir və bu rəqəm müvafiq qrafaya yazılır. Protokolun
7a yarımbəndindəki rəqəm
protokolun 4a yarımbəndindəki
rəqəmdən, 7b yarımbəndindəki
rəqəm isə 4b
və 4c yarımbəndlərdəki
rəqəmlərin cəmindən
az və
ya onlara bərabər olmalıdır.
Mötərizədə verilmiş
kiçik bərabərlikdə
(74) göstərildiyi kimi,
7-ci bəndin rəqəmi
protokolun 4-cü bəndindəki
rəqəmdən az və ya ona bərabər
olmalıdır.
8-ci bənd
- ümumxalq səsverməsinə
çıxarılmış referendum aktı layihəsi üzrə səslərin
hesablanmasının nəticələri
Məntəqə seçki komissiyaları protokollarının 8-ci bəndindəki
məlumatların cəmi
bu bənddə qeyd edilir.
Protokol tam doldurulub qurtardıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.
Səsvermənin nəticələri haqqında
yekun protokolu dairə seçki komissiyasının həlledici
səs hüquqlu üzvləri tərəfindən
imzalanır. Protokolun komissiya üzvləri
tərəfindən boş
və ya tam doldurulmamış halda imzalanması qadağandır.
Protokolla
bütövlükdə və
ya onun ayrı-ayrı
hissələri ilə
razılaşmayan dairə
seçki komissiyasının
üzvü protokolu imzalayaraq ona özünün xüsusi
rəyini əlavə
edə bilər.
Bu zaman buna
dair protokolda müvafiq qeyd aparılır.
Aşağıda göstərilən
seçki sənədləri
Seçki Məcəlləsinin
107.4-cü maddəsinə uyğun
olaraq səsvermənin
nəticələri haqqında
dairə seçki komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin səsvermə günündən 2 gündən
gec olmayaraq dairə seçki komissiyasının sədrinin
və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün müşayiəti ilə
Mərkəzi Seçki
Komissiyasına göndərilir:
1) dairə seçki komissiyası protokolunun
1-ci nüsxəsi;
2) səsvermə günü
dairə seçki komissiyasına Seçki Məcəlləsinin tələblərinin
pozulması ilə əlaqədar daxil olmuş şikayətlər
(ərizələr) və
bunlar üzrə dairə seçki komissiyasının qəbul
etdiyi qərarlar;
3) dairə seçki komissiyası tərəfindən
səsvermə bülletenlərinin
alınması haqqında
akt (İzaha 2 saylı əlavə);
4) istifadə edilməmiş
səsvermə bülletenlərinin
ləğvi haqqında
akt (belə bülletenlərin sayı
göstərilməklə; İzaha 3 saylı əlavə);
5) səsvermə vəsiqələrinin
verilməsi və istifadə edilməmiş
səsvermə vəsiqələrinin
ləğvi haqqında
akt (həmin vəsiqələrin sayı
göstərilməklə; İzaha 4 saylı əlavə).
Göstərilən aktlar dairə seçki komissiyasının
sədri və katibləri tərəfindən
imzalanır.
Şikayətlərin (ərizələrin), dairə
seçki komissiyası
qərarlarının və
yuxarıda adları çəkilən aktların
təsdiq edilmiş surətləri protokolun
2-ci nüsxəsinə tikilir.
*Səslər
hesablanarkən səsvermə
qutularından çıxmış
müəyyənləşdirilmiş formada olmayan səsvermə bülletenləri
sayılaraq aktlaşdırılır
və həmin akt bu protokola
əlavə edilir.
Azərbaycan.-2009.-25 yanvar.- S.6-7.