Ağ örpəkli
Gədəbəy
Yurdumuzun dilbər
guşələrindən olan Gədəbəy hər fəsildə
gözəldir. Elə bil ki, İlahi Gədəbəyi
yaradarkən onu təbiət sarıdan dünyanın ən
füsunkar yerlərindən biri kimi xəlq eləyib. Yazda
çəmənlərin ətrini sinənə çəkməkdən,
yayda yaşıl libasını, payızda qızılı rəngini
seyr etməkdən doymursan.
Qışı da bir
özgə aləmdir Gədəbəyin. Qar yağanda lap
qeyri-adi bir görünüşə malik olur. Bu bəyazlıqdan
aldığın zövqü heç nə ilə müqayisə
etmək olmur. Sanki dağı, daşı, dərəni,
ağacları, evləri, hər yeri nəhəng bir ağ
örpəyə bükürlər.
Gədəbəydə yaşayan həmkarımız Kərəm Nəbiyevin lentə aldığı bu şəkillərə baxdıqca qışın ürəkaçan mənzərələrindən qəlbimizə bir təzəlik, paklıq hopur. Şaxtadan donmuş su da buzlaşmış çiçəyə bənzəyir.
F.Xəlilzadə
Azərbaycan.-2009.-25 yanvar.-S.8.