Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Teleqraf Agentliyinə və Duna televiziyasına müsahibə vermişdir
Xüsusi müxbirimiz xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
onun üçün ayrılmış iqamətgahda -
"İntercontinental" mehmanxanasında Macarıstan Teleqraf
Agentliyinə (MTİ) və Duna televiziyasına müsahibə
vermişdir.
Dövlətimizin
başçısı Nabukko layihəsinin əhəmiyyəti,
Azərbaycanın bu beynəlxalq layihəyə münasibəti,
ölkəmizin qaz hasilatı, ixrac potensialı, onun perspektivləri,
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında rolu, habelə Azərbaycan və Macarıstan
xalqları arasında tarixi oxşarlıq, yaxın münasibətlər,
eləcə də kütləvi informasiya vasitələrinin əlaqələrimizin
inkişafındakı rolu ilə bağlı suallara ətraflı
cavab vermişdir.
AzərTAc
Azərbaycan.-2009.-27 yanvar.-S.1.