Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstanın Baş naziri Sergey Stanişev ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə Bolqarıstan Respublikasının Baş naziri Sergey Stanişev ilə görüşmüşdür.

Görüşdə əsasən enerji sahəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, son illər ərzində iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.

Bolqarıstanın Baş naziri dedi ki, Budapeştdə Nabukko ilə bağlı sammitin keçirilməsinin konkret addımların atılması baxımından böyük əhəmiyyəti olacaqdır.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı dedi ki, indi enerji amili gündəlikdə prioritet məsələlərdən biri kimi durur bu, gələcəkdə davam edəcəkdir. Çünki enerji təhlükəsizliyi hər bir ölkə üçün vacib məsələlərdən biridir. Bu baxımdan Nabukko ilə əlaqədar sammitin keçirilməsi əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 yanvar.-S.1.