Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Ferents Dyurçan ilə görüşü
Xüsusi müxbirimiz xəbər
verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə
Parlament binasında Macarıstanın Baş naziri Ferents
Dyurçan ilə görüşmüşdür.
Görüşdə Azərbaycan
ilə Macarıstan arasında əlaqələrin
siyasi-iqtisadi, humanitar sahədə uğurla inkişaf etdiyi
bildirildi, bu əlaqələrin daha da genişləndirilməsi
üçün geniş potensialın olduğu
vurğulandı. Söhbət zamanı yanvarın 27-də
keçiriləcək Nabukko sammitinin əhəmiyyəti,
habelə, Azərbaycanın Avropanın enerji təhlükəsizlik
sistemində önəmli rolu qeyd olundu.
Görüşdə
ölkələrimiz arasında əlaqələrin bundan sonra
da genişlənəcəyinə əminlik ifadə edildi, bu əlaqələrin
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın
genişlənməsi baxımından əhəmiyyətli
olduğu bildirildi.
AzərTAc
Azərbaycan.-2009.-27 yanvar.-S.2.