Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Ferents Dyurçan ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Parlament binasında Macarıstanın Baş naziri Ferents Dyurçan ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin siyasi-iqtisadi, humanitar sahədə uğurla inkişaf etdiyi bildirildi, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensialın olduğu vurğulandı. Söhbət zamanı yanvarın 27-də keçiriləcək Nabukko sammitinin əhəmiyyəti, habelə, Azərbaycanın Avropanın enerji təhlükəsizlik sistemində önəmli rolu qeyd olundu.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi, bu əlaqələrin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 yanvar.-S.2.