Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası işə başlamışdır

 

Yanvarın 26-da Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası işə başlamışdır.

"Yeni müharibələr müasir münaqişələr" mövzusuna həsr olunmuş yanvarın 31-dək davam edəcək sessiyada müharibələrin inkişaf tarixi, törətdiyi fəsadlar, regional problemlərə nəzəri praktiki yanaşmalar haqqında danışılacaqdır.

Bundan əlavə, Qafqazdakı münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Avratlantika təşkilatlarının rolu potensial imkanları barədə fikir mübadiləsi aparılacaqdır.

Açılış mərasimində çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı Anar Cahangirli tədbirin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, yeni müharibələr münaqişələr mövzusuna həsr olunan bu sessiyada Azərbaycandan xaricdən onlarla tələbə, tədqiqatçı, jurnalist, hökumət qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Azərbaycanda yaradılan NATO Beynəlxalq Məktəbi ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək edir.

Azərbaycan-NATO Beynəlxalq Məktəbinin Bakıda yaradılması təşəbbüsünü müsbət qiymətləndirən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri xanım Ann Ders bildirmişdir ki, ABŞ hökuməti Azərbaycanın Avratlantika məkanına inteqrasiyasını dəstəkləyir bu istiqamətdə yardımlar göstərir, bundan sonra da göstərəcəkdir.

Rumıniyanın Bakıdakı səfiri Nikolaye Ureke qeyd etmişdir ki, Azərbaycan beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak edir bu əməliyyatlarda daim NATO-ya dəstək verir. Səfir Azərbaycanın bölgədə sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirmişdir.

NİSA 2003-cü ildən başlayaraq müxtəlif mövzularda 9 sessiya keçirmişdir. Bu sessiyalarda 38 ölkədən 400-ə yaxın gənc Azərbaycan-NATO Beynəlxalq Məktəbinin dünyadakı elçilərinə çevrilmişdir. Keçirilən sessiyaların əsas məqsədi Azərbaycanı narahat edən problemləri perspektiv vəzifələri cəmiyyətimizə çatdırmaq, xarici qonaqlar vasitəsilə problemlərin həllinə daha fərqli uyğun ideyaların tapılmasını təmin etməkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 yanvar.- S. 4.