İşğalçılığın, qəddarlığın
ifşası
Filologiya elmləri
doktoru, professor Teymur Əhmədovun yeni kitabı "Erməni xəyanəti (1918-1920-ci illər)"
adlanır. Erməni quldur dəstələrinin
Azərbaycan ərazisində
törətdiyi cinayətləri
arxiv sənədləri
və mətbuat materialları əsasında
təhlilə çəkən
müəllif çox
haqlı olaraq hər bir oxucunu
tarixi keçmişin
ibrətamiz hadisələrindən
dərs almağa, məkrli düşmənə
qarşı amansız
olmağa, Vətənimizin
ərazi bütövlüyü,
müstəqilliyi və
tərəqqisi uğrunda
həmişə ayıq-sayıq,
mübariz olmağa çağırır. Çətin
və gərgin əməyin nəticəsi
olan yeni kitabın hər cümləsində bu ruh var.
Yeni nəşrə
ön söz yazan tarix elmləri
doktoru Ataxan Paşayev oxuculara bildirir ki, soydaşlarımızın
başına olmazın
müsibətlər gətirən
Andronikin quldur dəstələri və törətdiyi cinayətlər
haqqında xalqımıza
əməlli-başlı məlumat
verə bilməmişik.
Deməmişik ki, Andronik kimdir? Ermənilərin hələ
sovet dövründə
şəninə nəğmələr
qoşduğu, milli qəhrəman adlandırdığı,
əslində isə dinc əhaliyə - qocaya, qadına, uşağa divan tutan, onları min cür vəhşiliklə qətlə
yetirən bu qatilin obrazını olduğu kimi açmağa çox az səy göstərilib.
Bu barədə yazanların
kitabları hələ
sovet dövründə
kitabxanalardan çıxarılaraq
yandırılmış, oxuması
yasaq edilmişdi. Uzun illər Əyyub Abbasov kimi bir yazıçının
"Zəngəzur" adlı
ikicildlik romanının
məzmunundan çoxumuz
xəbərsiz olmuşuq.
Halbuki ötən əsrin ortalarında çap edilmiş bu sanballı kitabda erməni vəhşiliklərinin, xüsusilə
də Andronikin qanlı cinayətləri öz əksini tapmışdı. Teymur Əhmədov yeni nəşrində məhz
1918-1920-ci illərdə xalqımıza
qarşı amansız
soyqırım və işğalçılıq siyasəti
yeridən Andronikin kimliyini açaraq onun törətdiyi cinayətlərin xronologiyasını
ardıcıllıqla göstərmişdir.
Türkiyədə hərbi
andına xəyanət
etdiyinə görə
bir qulağı kəsilməklə cəzalandırılmış
Andronik təbii ki, ona haqlı
olaraq yapışdırılmış,
"tayqulaq general" ifadəsinin
qisasını türklərdən
ömrü boyu almağa can atmışdır.
1865-ci ildə
Türkiyənin Şapin-Qarahisar
qəsəbəsində doğulmuş
bu erməni dığası hələ
gənclik illərində
öz millətinin qiyamçı dəstələrinə
qoşularaq təxribatla,
oğurluqla məşğul
olmuşdur. Hiyləgərliyi
nəticəsində Birinci
Balkan müharibəsində bolqar ordusunun tərkibində türklərə
qarşı vuruşmuşdur.
Bu səbəbdən də
ona yüksək hərbi rütbə verilmişdir. Çörəyini
yediyi, havasını udduğu Türkiyənin övladlarına xəyanət
edən, daim türklərə qarşı
döyüşən Andronikin
qəlbi nifrət və qəzəblə dolu olub. O, bir
vaxt rus generalı Çernozubovun
qoşununun tərkibində
dinc müsəlmanlara
divan tutmaqdan da çəkinməyib. Gülüstanı
xarabazara döndərməkdən,
dinc əhalini rəhm etmədən qətlə yetirməkdən
xüsusilə nəşələnib.
Erməni tarixçiləri
öz sələflərinin
qanlı cinayətlərini
ört-basdır etmək
üçün onu həmişə təmizə
çıxarmağa çalışmışlar.
Onun qanlı cinayətlərinin məğzini
"vətənpərvər döyüşçü" adına bağlamışlar.
Erməni şairləri,
yazıçıları sovet
dövründə saxtakarlıq
edərək tarixi həqiqətin üstündən
qara xətt çəkib bu amansız quldur haqqında poemalar, romanlar, mahnılar yazmışlar. Onu erməni milli azadlıq hərəkatının
xadimi kimi təqdim etmişlər. Ən dəhşətlisi
budur ki, Azərbaycanda sovet hakimiyyəti qurmaq üçün xalqımızın
qəddar düşməni
Stepan Şaumyan bu qara niyyəti
həyata keçirmək
naminə Andronikin dəstəsindən öz
məqsədləri üçün
istifadə etmişdir.
Teymur Əhmədov
tarixi faktların işığında vəhşilikdə
analoqu olmayan bu quldurun törətdiyi
cinayətləri bir-bir
oxucunun diqqətinə
çatdırır. Türkiyə
ərazisindən başlayaraq
Zəngəzura kimi Andronikin rəhbərlik etdiyi quldur dəstələrinin
törətdiyi cinayətləri,
müsibətləri olduğu
kimi qələmə alaraq oxucuların mühakiməsinə verir.
Müəllif yazır:
"Andronik öz quldur dəstəsi ilə Zəngəzur və Qarabağda bütün müsəlman
kəndlərini dağıdıb
yerlə-yeksan etməklə,
əhalinin mal-mülklərini
talamaq və onları işgəncələrə
düçar etməklə
soyqırım siyasəti
yeridirdi. Qanlı cinayətin həyata keçirilməsində Andronik
bu ərazidə yaşayan yerli erməni kədlilərindən
məharətlə istifadə
edirdi. Əli silah tutan erməni
gənclərini səfərbərliyə
alır, qanlı cinayətə sövq edir, tabe olmayanları
cəzalandırırdı... Türk qanına susamış general Andronikin
əməllərindən təsirlənən
ermənilər silahlanıb
dəstə-dəstə gözlənilmədən
dinc azərbaycanlı
kəndlərinə hücum
edir, əhaliyə
divan tutur, var-dövlətini
talayırdılar".
"Dənizdən-dənizə"
dövlət xülyası
ilə yaşayan ermənilərin sərsəmliyini
həm tarixi faktların, həm də səyyahların yazdığı fikirlər
əsasında puça
çıxardan Teymur
Əhmədov V.L.Veliçkonun
adını haqlı olaraq kitabına salmışdır. Məlumdur
ki, bu müəllifin
"Qafqaz" əsərində
ermənilərin soykökləri
haqqında əsaslı
məlumat var. V.L.Veliçko
yazırdı ki, əsas mənşəyi
tam aydın olmayan, damarlarında hər cür qan axan,
antropoloji cəhətdən
dağ yəhudilərinə,
qaraçılara və
kürdlərə oxşayan
yarımvəhşi erməni
tayfası Zaqafqaziyaya Şərq ölkələrindən
axıb gəlmişdir.
Bu millətin xislətinə
dərindən bələd
olan müəllif bildirir ki, ermənilər
özlərinə yer
elədiyi hər bir məkanda "yersiz gəldi, yerli qaç" niyyəti ilə yaşamışlar. Böyük
salnaməçinin təbirincə
desək, bəzən
də bu qara niyyəti həyata keçirmək üçün uzun illər fürsət tapmaqdan bezməmişlər.
Müxtəlif rəsmi
məlumatları, teleqramları,
ayrı-ayrı şəxslərin
raportlarını, mətbuat
xəbərlərini, arxiv
sənədlərini, şahidlərin
ifadələrini bir araya gətirərək onların da nəticəsində Andronikin
törətdiyi ağlasığmaz
cinayətlərin ümumi
mənzərəsini yaratmaqla
Teymur Əhmədov, sözün əsl mənasında, vətəndaş
cəfakeşliyi göstərmişdir.
Andronikin həyata keçirdiyi ağır cinayətlərin müəyyən
fraqmentlərini xəyala
gətirəndə insanı
dəhşət bürüyür.
1918-ci ilin sentyabrında
Andronik Qarakilsə rayonunun (indiki Sisian) bütün kəndlərini dağıtmış,
50 min adam doğma ocağını tərk etmək məcburiyyətində
qalmışdı. Dərələrdə,
yollarda əlinə keçən yüzlərlə
sakini qılıncdan keçirən bu cani məscidə sığınmış 400 dinc
azərbaycanlını od
vurub yandırmışdır.
Hər bir qətli xüsusi amansızlıqla yerinə
yetirən Andronik qadınların döşlərini
kəsmiş, qocaların
kürəyinə qaynar
samovar bağlatmış, insanları
diri-diri yandırmaqla,
meyitləri eybəcər
hala salmışdı.
Müxtəlif tarixi mənbələrdən əldə
edilən faktlar dəhşət doğurur:
Zəngəzur qəzasında
Andronikin quldur dəstələri 115 kəndi
talan etmiş, dağıtmış və
od vurub yandırmışdır. Bu faciə
zamanı 3257 kişi,
2276 qadın, 2196 uşaq
öldürülmüş, 1060 kişi, 794 qadın, 485 uşaq isə şikəst olmuşdur. Bütövlükdə qəzada
10068 adam qətlə yetirilmişdir. Müəllifin
bu faktları Andronikin vəhşiliyini bir daha bariz
qabardır.
Etdiyi cinayətlərdən
doymaq bilməyən, daha da qəddarlaşan,
həyasızlaşan Andronikin
geniş əl-qol atmasına, Azərbaycan kəndlərinə dönə-dönə
basqın etməsinə,
dinc əhaliyə
divan tutmasına ruh verən bir səbəb də qeyri-müsəlman millətlərin
ya laqeydliyi, ya da gizlicə,
bəzən də aşkar bu vəhşiyə
dəstək verməsi
idi.
1919-1920-ci illərin
mart ayının 31-i Azərbaycan
Xalq Cümhuriyyəti
tərəfindən matəm
günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu buna da son qoydu. Dövlət
müstəqilliyimizi qazandıqdan
sonra ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların
soyqırımı haqqında"
26 mart 1998-ci il tarixdə
verdiyi fərman törədilmiş soyqırıma
siyasi hüquqi qiymət vermək baxımından dəyərli
oldu. Müəllif yazır: "Bu sənəd
iki əsrə yaxındır ki, xəyanətkar ermənilərin
öz havadarları ilə birlikdə xalqımızın başına
gətirdiyi müsibətlərin,
misli görünməmiş
riyakarlıqla torpaqlarımızın
ələ keçirilməsi
üçün apardıqları
məkrli siyasətin dünya ictimaiyyətinə
açılıb göstərilməsinə
geniş imkan verir". Bu o deməkdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan
Respublikası bu gün onun axıra
qədər həyata
keçirə bilmədiyi
qərarların məntiqi
davamı olaraq soyqırım hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Yeni nəşrdə
erməni hərbi birləşmələrinin 1918-1920-ci illərdə başımıza
gətirdiyi müsibətlər,
cinayətlər və
fotosənədlərin vasitəsilə
də ittiham edilir. Kitabın dəyərli məziyyətləri
çoxdur. Odur ki, hər bir
Azərbaycan vətəndaşı
bu kitabı oxumalı, xalqımızın
tarixini dərindən
öyrənməli, başımıza
gələn müsibətlərdən
ətraflı bilgi toplamalı, erməni xəyanətinə dərindən
bələd olmalı,
torpaqlarımızın bütövlüyü
uğrunda mübarizliyini
mətinliklə qorumalıdır.
F.Xəlilzadə
Azərbaycan.-2009.-27 yanvar.-S.7.