Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti Laslo Şoyomun görüşü

 

"Prezident" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın dövlət başçısı Laslo Şoyomun görüşü olmuşdur.

Görüşdə iki ölkə arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi, habelə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Dövlət başçıları ikitərəfli münasibətlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-28 yanvar.-S.1.