Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının energetika məsələləri
üzrə komissarı
Andris Piebalqs ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan
Prezidenti İlham Əliyev Avropa Komissiyasının energetika
məsələləri üzrə
komissarı Andris Piebalqs ilə görüşmüşdür.
Görüşdə Nabukko layihəsinə dair sammitin əhəmiyyəti
vurğulandı, Azərbaycan
ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi
sahəsində əməkdaşlığın
səviyyəsindən məmnunluq
ifadə olundu. Söhbət zamanı qarşılıqlı
əməkdaşlığın gələcək perspektivləri
ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2009.-28 yanvar.-S.1.