Moldova Prezidenti ölkəsinin Azərbaycanla
münasibətlərindən razıdır
Moldova Prezidenti Vladimir Voronin ölkəsinin Azərbaycanla münasibətlərini və özünün Prezident İlham Əliyevlə şəxsi münasibətlərini çox yaxşı, səmimi və dostluq münasibətləri kimi səciyyələndirmişdir. Moskva-Kişinyov videokörpüsündə bunu vurğulayan Moldova Prezidenti demişdir ki, xalqlarımız arasında münasibətlər tarixən həmişə çox yaxşı olmuşdur və indi də belədir, Moldovada Azərbaycanın böyük diasporu yaşayır.
V.Voronin Azərbaycan Prezidenti İlham Əliyevi Moldovaya səfərə dəvət etdiyini də bildirmişdir.
Hacızadə Asya
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2009.- 28 yanvar.- S. 2.