Qafqazda Sabitlik Əməkdaşlıq Platforması çərçivəsində danışıqlar davam etdiriləcəkdir

 

Qafqazda Sabitlik Əməkdaşlıq Platforması bu il imzalana bilər. Ekspertlər hesab edir ki, Azərbaycan-Türkiyə-Ermənistan münasibətləri bu sənədin imzalanmasında vacib rol oynayır.

Qafqazda Sabitlik Əməkdaşlıq Platforması ilə bağlı İstanbulda aparılmış müzakirələri faydalı hesab etmək olar. Odur ki, rəsmi Ankara platformanın bu il imzalanmasında israrlıdır.

Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya Ermənistanın xarici siyasət idarələrinin yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə regionda sülhün sabitliyin bərqərar olması platformanın yaradılmasında vacib şərt kimi dəyərləndirilmişdir.

Görüşdə regionda mövcud münaqişələri aradan qaldırmaq, sülhü bərpa etmək üçün görülə biləcək birgə işlər müzakirə olunmuş strateji məsələlərə toxunulmuşdur. Regiona daxil olan ölkələr platforma ideyasını bir daha dəstəkləmiş görüşlərin davam etdirilməsini qərara almışlar.

Azərbaycanı bu görüşdə təmsil edən xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, rəsmi Bakı platforma ilə bağlı danışıqlarda səylərini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 2.