Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, sammitlər şəhərinə qlobal layihələrin təşkilatçısına çevrilib

 

 Son illər yüksək sürətli inkişaf nəticəsində güclü dövlətə çevrilmiş respublikamız regional layihələrin iştirakçısı olmaqla yanaşı təşkilatçı funksiyasını da artırmışdır. Ölkəmizdə bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa rəvac verən forumların keçirilməsi, mötəbər toplantılara ev sahibliyi etməsi həm Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Ötən il respublikamızda təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat, elm təhsil, siyasət sahələrini əhatə etməklə bahəm sivilizasiyalararası dialoqu reallaşdıran qlobal sosial problemlər diqqətdən kənarda qalmadı.

 

Qlobal savadlılığın dəstəklənməsi

 

Azərbaycan qlobal savadlılığın dəstəklənməsində yaxından iştirak edərək bu prosesə öz töhfəsini verir. Mayın 14- "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda keçirilən Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional subregional YUNESKO konfranslarının davamı idi. Avropanın 31 ölkəsini əhatə edən tədbir dünya miqyaslı layihələr sırasında xüsusi əhəmiyyət kəsb edirdi.

YUNESKO-nun, Heydər Əliyev Fondunun respublika Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdı. Konfransda YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra ölkələrin təhsil nazirləri, çoxsaylı mütəxəssisləri, diplomatik korpusun nümayəndələri iştirak edirdilər. Bu, milli, regional beynəlxalq səviyyələrdə savadlılığın təşviq edilməsinə yönəlmiş birgə səylərin nəticəsi idi.

Tədbirdə Heydər Əliyev Fondunun YUNESKO ilə əlaqələrini genişləndirməkdə davam etdiyi vurğulandı. Qeyd olundu ki, Heydər Əliyev Fondu bir sıra birgə layihələr proqramlar həyata keçirir. 2007-ci ildə ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı layihənin həyata keçirilməsi haqqında YUNESKO, Azərbaycan hökuməti Heydər Əliyev Fondu arasında saziş imzalanıb. YUNESKO-nun baş direktoru Koişiro Matsuura YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin, sülhün dialoqun inkişafında əlahiddə rolunun olduğunu bəyan etdi. Təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Hollandiya şahzadəsi xanım Laurentien Avropada bu sahədə həllini gözləyən çoxsaylı problemlərin mövcudluğundan söhbət açdı.

 

Azərbaycan modernləşmə yollarında

 

Ölkəmiz modernləşmə yollarını müəyyən edərək demokratiya xəttini respublikanın inkişafının əsas vektoruna milli strategiyanın həlledici amilinə çevirməyə çalışır. Vətəndaş cəmiyyətinin, habelə iqtisadiyyatın modernləşməsi, ictimai məkanın demokratikləşməsi, milli məkanın sistemli liberallaşmasının formalaşdırılması milli strategiyanın əsas prioritetidir. Mayın 23- Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Böyük Britaniyanın Konfliktlər Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) təşkilatçılığı ilə "Azərbaycan-2008: modernləşmə yollarında" mövzusunda keçirilən beynəlxalq konfransın təşkil edilməsində məqsəd Azərbaycanın inkişaf strategiyasında sabitləşmədən modernləşməyə doğru gedən yolu beynəlxalq aləmdə ölkənin tutduğu siyasət xəttini, onun əsas prioritetlərini ətraflı müzakirə etməkdən ibarət idi.

Böyük Britaniyanın Konfliktlər Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut Azərbaycanda aparılan iqtisadi siyasət nəticəsində ölkənin yeni tarixi mərhələyə qədəm qoyduğunu bəyan etdi. O bildirdi ki, bu gün qloballaşan dünyada artan neft gəlirləri ölkələrin iqtisadi siyasətinin müəyyənləşməsində həlledici rol oynayır. Azərbaycan hökumətinin qarşısında yeni imkanlar yaranıb. Neftlə zəngin Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədilə bu gəlirlərdən səmərəli istifadə edir.

Ölkəmiz mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş ilk ölkələrdən biridir, neft gəlirlərinin xərclənməsi baxımından uğurlu siyasət yürüdür. AFR Silahlı Qüvvələrinin Rəhbər Heyəti Akademiyası yanında Beynəlxalq Təhlükəsizlik Forumunun üzvü Yohannes Rao Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin strateji əhəmiyyətini vurğulayaraq bu layihənin respublikamız üçün ilk növbədə iqtisadi əhəmiyyət kəsb etdiyini dedi. Y.Rao Nabukko layihəsinin regionun iqtisadi inkişafında strateji əhəmiyyət kəsb etdiyini bildirərək onun "Yujnı potok" kəməri ilə rəqabətə davam gətirə biləcəyindən danışdı.

Enerji təhlükəsizliyi baxımından Azərbaycanı önəmli ölkə adlandıran türkiyəli siyasi şərhçi Cem Oğuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgənin iqtisadi inkişafına əngəl törətdiyini qeyd etdi. O, Qərb ölkələrini bu məsələdə ədalətsiz mövqe tutmaqda, münaqişələrin həllinə ikili standartlarla yanaşmada günahlandırdı. Tədbirdə bir daha vurğulandı ki, Avropa Azərbaycan arasında əlaqələr yalnız enerji sahəsində əməkdaşlıqla məhdudlaşmır. Respublikamız Avropa Şurasının ATƏT-in üzvü kimi Avropa dəyərlərinə sadiqliyini təsdiqləmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkəmizdə bir sıra problemlər yaratmışdır. Münaqişənin sülh yolu ilə həlli ölkəmizin iqtisadi potensialını artıra, regionun daha parlaq gələcəyinə gətirib çıxara bilər.

 

Ümumbəşəri dəyərlərə töhfə verən Bakı konfransı

 

Müasir dövrdə sivilizasiyalar arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından biridir. Son illər mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq forumların keçirilməsinin ənənəyə çevrilməsi Azərbaycanın öz siyasətində sivilizasiyaların dialoquna böyük önəm verməsinin bariz nümunəsidir.

İyunun 10-da Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başladı. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO İSESKO-nun dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndənin, bir neçə dövlətin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirlərinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin mədəniyyətlərin təmsilçilərinin bir araya gəlməsindən, sivilizasiyalararası dialoqa qadın mövqeyindən yanaşmaqdan ibarət idi. Tədbirdə çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, qadın potensialı mədəniyyətlərarası, sivilizasiyaların dialoqunun möhkəmlənməsində böyük rol oynayacaq.

İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl-Tübeycri BMT Baş Məclisinin qərarı ilə 2001-ci ilin sivilizasiyaların dialoqu ili elan olunması ilə mədəniyyətlərarası dialoq ideyasının yeni mərhələyə qədəm qoyduğunu xatırlatdı. O bildirdi ki, Bakıda keçirilən beynəlxalq forum ümumbəşəri mədəniyyətə, sülhə əmin-amanlığa yeni töhfələr verəcək. Mədəniyyətlərarası dialoqların vacib məsələ olduğunu qeyd edən Polşanın birinci xanımı Mariya Kaçınski, Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan, Latviyanın birinci xanımı Lilita Zatler Azərbaycan paytaxtını sivilizasiyalar arasındakı körpü, qonaqpərvərlik rəmzi adlandıraraq Heydər Əliyev Fondunun bu mövzuya ilk dəfə toxunmadığını qeyd etdilər. Tədbir iştirakçıları bildirdilər ki, Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun insan hüquq azadlıqlarının, eyni zamanda qadın hüquqlarının qorunmasına verdiyi önəmin xüsusi göstəricisidir.

Almaniyanın Zigen Universitetinin professoru Eberhard Şnayder, Harvard Universitetinin doktoru Aişə Musa, Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova forumun əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycanın birinci xanımının təşəbbüsü ilə təşkil olunan bu tədbirin mədəniyyətlərarası dialoqun başlanğıcı olmaqla yanaşı bir sıra problemlərin həllinə imkan yaradacağını bəyan etdilər.

"Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində təşkil olunan Gənclər Forumunda çıxış edən İKT-nin Dialoq Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi Leyla Əliyeva Azərbaycanın həm mədəniyyətlərarası dialoq, həm qadınların inkişaf rəmzlərini təcəssüm etdirdiyini bildirdi. Leyla Əliyeva qeyd etdi ki, Azərbaycanda hələ qədim zamanlardan dini dözümlülük, müxtəlif mədəniyyətlərə dinlərə böyük hörmət mövcud olub.

 

 

(Ardı var)

 

Rasimoğlu Anar

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 3.