Azərbaycan gənclərinin xaricdə təhsilinə diqqət artırılır

 

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" çərçivəsində xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayının 8 il ərzində 5 min nəfərə çatdırılması nəzərdə tutulur. Proqrama əsasən iki il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İspaniya, Kanada digərləridir. Hazırda 4000 azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil alır. Onlardan 895 nəfəri dövlət hesabına oxuyur.

Bu gün ölkəmizin ali məktəblərində təhsil alan 7111 nəfər əcnəbi tələbə dünyanın 40 ölkəsini təmsil edir.

 

 

Azərbaycan.- 2009 28 yanvar.- S. 5.