Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Nazirlər Şurasının sədri
Donald Tusk ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Konqress" mehmanxanasında Polşa Nazirlər Şurasının sədri Donald Tusk ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin siyasi-iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu. Söhbət zamanı həmçinin Nabukko layihəsi çərçivəsində enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 29 yanvar.- S. 2.