Azərbaycan Prezidenti İlham Əliyevin "Statoil-Hydro" şirkətinin baş icraçı direktoru ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28- Davosda "Konqress" mehmanxanasında "Statoil-Hydro" şirkətinin baş icraçı direktoru Helge Lund ilə görüşmüşdür.

Helge Lund bildirdi ki, "Şahdəniz-1" "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq uğurla inkişaf edir. O, "Şahdəniz-2" layihəsi üzrə işlərin sürətləndirilməsinin zəruriliyini bildirdi.

Prezident İlham Əliyev ölkəmizin enerji sahəsində uğurlarından danışaraq dedi ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmi daha da artır, beynəlxalq enerji əməkdaşlığı genişlənir. Dövlətimizin başçısı dünyanın aparıcı şirkətləri, o cümlədən "Statoil" ilə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 2.