Azərbaycan nümayəndə heyəti rəhbərinin təklifləri İKT üzvü olan dövlətlərin informasiya nazirlərinin Rabatda keçirilən 8-ci konfransının yekun qətnaməsinə daxil edilmişdir

 

Konfransda 57 islam ölkəsinin nazirləri, nümayəndə heyətləri nüfuzlu beynəlxalq təşkilatların əməkdaşları iştirak etmişlər. Azərbaycanı bu mötəbər tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

İslam Konfransı Təşkilatının baş katibi professor Ekmələddin İhsanoğlu rəhbərlik etdiyi təşkilatın informasiya problemləri ilə bağlı ötən dövrdə gördüyü işlər barədə konfrans iştirakçılarına məlumat verərək, bu istiqamətdə müsəlman ölkələrinin qarşısında duran vəzifələrdən danışmışdır. Baş katib İKT çərçivəsində informasiya sisteminin kütləvi informasiya vasitələrinin yenidən qurulmasında rəhbəri olduğu təşkilatın rolu, müsəlman ölkələri arasında informasiya sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini, islam cəmiyyətində, mədəniyyətlərarası dinlərarası dialoqda informasiyanın gündən-günə artan mühüm rolunun əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri Əli Həsənov konfransda çıxış edərək bu mötəbər toplantının islam dünyası üçün əhəmiyyətindən danışmış, qloballaşmanın vüsət aldığı müasir dünyada informasiya təbliğatın rolunun getdikcə gücləndiyini qeyd etmiş, islam ölkələrinin informasiya sahəsində üzləşdiyi problemlərdən bəhs etmişdir. Əli Həsənov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi onun nəticələri barədə İKT üzvü olan ölkələrin nazirlərinə ətraflı məlumat vermiş, bu münaqişəyə dair həqiqətlərin yayılması ilə bağlı informasiya dəstəyinin verilməsi Ermənistanın hərbi təcavüzü nəticəsində öz tarixi yurdlarından didərgin düşmüş qaçqın məcburi köçkünlərin problemlərinin İKT üzvü olan ölkələrin mətbuatında işıqlandırılması ilə əlaqədar konfrans iştirakçılarına müraciət etmişdir.

İKT üzvü olan dövlətləri birliyə çağıran Ə.Həsənov hər hansı bir müsəlman dövlətində baş verən hadisələrin, xüsusən bu ölkələrin suverenliyinə qarşı təcavüzün dünya ictimaiyyətinə çatdırılmasında bütün üzv dövlətlərin informasiya vasitələrinin imkanlarından istifadə olunması məsələsini konfransın qətnaməsinə daxil olunmasını təklif etmişdir. Həmçinin İKT üzvü olan ölkələrin elektron yazılı medialarının, informasiya agentliklərinin rəsmi dövlət informasiya təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı İKT-nin katibliyi qarşısında məsələ qaldırılması təklifini irəli sürmüşdür. Ə.Həsənovun çıxışı konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilmiş, onun Azərbaycan həqiqətləri haqqında məlumatları irəli sürdüyü mühüm təkliflər böyük maraqla qarşılanmışdır.

Konfransda çıxış edən digər İKT üzvü olan ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, Pakistan, Malayziya, İran, Küveytin nümayəndə heyətlərinin başçıları hazırkı mərhələdə informasiya sahəsində olan çətinliklərdən danışaraq, islama dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, İsrailin Fələstin xalqına qarşı təcavüzünün pislənməsi müsəlman ölkələri ilə Qərb dövlətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulamışlar.

Konfransın qəbul etdiyi yekun qətnamədə İKT çərçivəsində informasiya işinin təkmilləşdirilməsi, islam aləmində mövcud olan mətbuat informasiya problemlərinin həlli yolları, müsəlman ölkələri arasında informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsi bu sahə üzrə aparılan birgə işin əlaqələndirilməsi, həmçinin Fələstin problemi digər məsələlər öz əksini tapmışdır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Həsənov ölkəmizin Mərakeşdəki səfiri S.Ağabəyov Mərakeşin Baş naziri Abbas Əl-Fassi informasiya naziri Xaled Nasiri, həmçinin digər islam dövlətlərinin rəsmi şəxsləri ilə görüşmüş, bu ölkələr arasında informasiya sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 4.