Milli Məclisin yaz sessiyasında müxtəlif sahələri əhatə edən qanun layihələri müzakirə ediləcəkdir

 

Yanvarın 28- Milli Məclisin mətbuat katibi Akif Nəsirov parlamentin qarşıdan gələn 2009-cu il yaz sessiyası ilə əlaqədar olaraq mətbuat konfransı keçirib. Öncə Milli Məclisin 2008-ci ilin yaz payız sessiyalarının yekunları barədə məlumat verən A.Nəsirov bildirib ki, ötən il parlamentin 31 iclası keçirilmiş, 235 qanun qərar qəbul edilmişdir. Ötən ilin yaz sessiyasında (01 fevral-30 may) parlamentin 13 iclası keçirilmişdir. Bu iclaslarda 85 qanun qərar, o cümlədən 1 Konstitusiya qanununa dəyişikliklər əlavələr qəbul olunmuşdur. Bu dövrdə parlamentdə 22 beynəlxalq müqavilə konvensiya ratifikasiya olunmuş, 36 qanuna dəyişikliklər əlavələr edilmişdir. Bir sıra qanun layihələrinə birinci ikinci oxunuşlarda münasibət bildirilmişdir.

Ötən il növbədənkənar sessiya dövründə isə (2 iyun - 4 iyul) Milli Məclisin 5 iclası keçirilmiş, 60 qanun qərar qəbul olunmuşdur.

2008-ci ilin payız sessiyasında (2 oktyabr - 30 dekabr) parlamentin 13 iclası keçirilmiş, 90 qanun qərar qəbul edilmişdir. Payız sessiyası dövründə 2 Konstitusiya qanununa dəyişikliklər əlavələr edilmiş, 30 beynəlxalq müqavilə konvensiya təsdiq edilmişdir. 37 qanuna isə dəyişikliklər əlavələr olunmuşdur.

Daha sonra Milli Məclisin mətbuat katibi 2009-cu il yaz sessiyasında müzakirəyə çıxarılacaq məsələlər barədə məlumat verdi. Bildirdi ki, parlament ötən illərdə olduğu kimi, iqtisadi, sosial, hüquqi digər sahələri əhatə edən qanun layihələrini müzakirə edəcək. Yaz sessiyasının qanunvericilik işləri planı isə artıq hazırdır. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə qanun layihələri təqdim edə bilərlər. Belə olan halda təbii ki, həmin qanun layihələri qanunvericilik işləri planına əlavə ediləcəkdir.

Sessiya dövründə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin, Tikinti Məcəlləsinin, Mənzil Məcəlləsinin, Şəhərsalma Məcəlləsinin Rəqabət Məcəlləsinin layihələri, "Məişət zorakılığının qarşısının alınması haqqında", "Könüllülük fəaliyyəti haqqında", "Hərbi qulluqçuların intizam həbsi haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Arıçılıq haqqında", "Pambıqçılıq haqqında", "Təhsil haqqında", "Reproduktiv sağlamlığın qorunması ailə planlaşdırılması haqqında", "Bədən tərbiyəsi idman haqqında" digər qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulur.

Milli Məclisin 2009-cu il yaz sessiyasının ilk iclası fevralın 2- keçiriləcək.

 

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 4.