Fransa jurnalında Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar YUNESKO-da keçirilmiş tədbir barədə yazı dərc olunmuşdur

 

Parisdə nəşr edilən "La lettre diplomatik" jurnalı ölkəmizlə bağlı yazılara tez-tez yer verir. Nəşrin 83-cü nömrəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar YUNESKO-da keçirilmiş tədbirə həsr olunmuş yazı dərc edilmişdir.

Yazıda göstərilir ki, 300-dən artıq esse hekayənin müəllifi Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biridir. Yazıçı, pedaqoq, ədəbiyyat tənqidçisi Mir Cəlalın 100 illiyi ilə bağlı YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın, Azərbaycanın birinci xanımı qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə keçən il noyabrın 10-da YUNESKO-nun iqamətgahında yaddaqalan tədbir keçirilmişdir. Koişiro Matsuura Mehriban Əliyeva mərasimdə M.C.Paşayevin yaradıcılığı baradə danışmışlar.

Jurnalda Koişiro Matsuuranın Mehriban xanımın şəkilləri dərc olunmuşdur.

 

 

Əliyev Əsgər

 

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 4.