Nabukko layihəsinin təşəbbüskarlarının Azərbaycana marağı təbiidir

 

Avropanın qaza olan ehtiyacı ildən-ilə artır. Nabukko qaz kəmərinin çəkilişi zərurəti bu tələbatdan irəli gəlir. Belə ki, sözügedən kəmər Xəzər regionu, Yaxın Şərq, Misir Avropa arasında qaz körpüsü olacağını vəd edir.

Nabukko nəhəng bir layihədir bu səbəbdən onun ətrafında uzun müddətdir çoxsaylı müzakirələrin getməsi, danışıqların aparılması təbiidir. Bu günlərdə layihəyə dair Budapeştdə keçirilmiş enerji sammiti onun reallaşması yolunda mühüm bir addım rolunu oynayacaq. Sammitdə bir sıra dövlətlərin başçıları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak çıxış edib. Bu isə Azərbaycanın nəinki Avropanın, hətta dünyanın enerji təhlükəsizliyi məsələsində necə mühüm rol oynadığını bir daha təsdiqləyir.

Son illərdə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin müvəffəqiyyətlə inşa edilməsi indi dünya səviyyəli bu boru xəttinin uğurla istismar olunması Azərbaycanın nüfuzunu daha da artırıb. Hazırda Azərbaycan həm qaz ixrac edən ölkə kimi şöhrət tapmaqdadır. "Şahdəniz" qazı Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Azərbaycanın, Gürcüstanın Türkiyənin ərazisindən keçərək Avropaya yol açıb.

İndi dünyanın neftli-qazlı regionlarının heç hamısında yeni, zəngin qaz yataqları aşkar olunmur. Köhnə yataqların ehtiyatları isə təbii ki, getdikcə azalır. Bu baxımdan təbiət yurdumuzdan öz səxavətli əlini əsirgəməyib. Xeyli vaxtdır istismar olunan yataqlar qaz verir, yeni mənbələr aşkar edilir. "Şahdəniz"in hasilatı getdikcə artır. Bu layihənin ikinci mərhələsinin olacağı yəqindir. Hazırda Xəzərdə daha bir zəngin qaz-kondensat yatağı - "Ümid" işlənməkdədir.

Nabukko layihəsinə həsr olunmuş sözügedən tədbirdəki çıxışında dövlətimizin başçısı bütün bu məsələlərə toxunaraq demişdir ki, Azərbaycan etibarlı tərəfdaş ölkədir öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya nəql edir. Azərbaycanın həyata keçirdiyi neft-qaz siyasəti xalqın mənafeyinə xidmət edir. Biz bir çox istiqamətlərdə yeni boru xətləri çəkmişik. Biz boru xətlərinin çoxşaxəliliyinin tərəfdarıyıq. Bizim qaz ehtiyatlarımız zəngindir. 2-3 trilyon kubmetr qaz ehtiyatı var ki, bu da onilliklər ərzində ehtiyacımızı ödəyəcəkdir.

Beləliklə, Azərbaycan həm zəngin karbohidrogen ehtiyatlarına, həm alternativ ixrac marşrutlarına, həm tranzit imkanlarına malik olan bir ölkə kimi dünyanın diqqət mərkəzindədir. Odur ki, neft qaz ixracı yollarının diversifikasiyasının daha çox gündəmə gəldiyi indiki dövrdə Nabukko layihəsinin Azərbaycana marağı da olduqca təbiidir.

Xatırladaq ki, Nabukko layihəsi ilə bağlı yaradılmış transmilli konsorsiuma Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz", Türkiyənin BOTAŞ Almaniyanın BWE şirkətləri daxildir. Konsorsiuma yeni şirkətlərin qoşulacağı da istisna edilmir.

Layihə dəyəri 8 milyard avro olan ildə təxminən 26-32 milyard kubmetr qaz nəql edəcək kəmərin tikintisi 2014-cü ilədək başa çatmalıdır. Nabukko ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan Türkmənistan qazının nəqli nəzərdə tutulur. Daha sonra 2017-ci il üçün bu xəttlə İran, İraq Misir qazının ötürülməsi istisna olunmur.

Kəmərin uzunluğu 3,3 min kilometr nəzərdə tutulub. Marşrut boyu əsas tranzit ölkə Türkiyə olacaq. Kəmərin 2 min kilometri bu ölkədən, 400 kilometri Bolqarıstandan, 460 kilometri Rumıniyadan, 390 kilometri Macarıstandan, 50 kilometrə qədəri isə Avstriyadan keçəcək.

Layihənin əməliyyatçısı qismində Avstriyanın OMV şirkəti çıxış edir. Bu şirkətin artıq xeyli vaxtdır Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Keçən ilin payızında OMV-nin baş direktoru Volfqanq Ruftenstorfer Azərbaycanda rəsmi səfərdə olarkən jurnalistlərlə görüşdü. Bizimlə söhbətində o, Azərbaycanın dünya iqtisadiyyatına dünya bazarına qoşulmaq üçün həmişə açıq fikirli bir ölkə olduğunu qeyd etdi. V.Ruftenstorfer Azərbaycanla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıqda böyük perspektivlər, aydın üfüqlər gördüyünü söylədi.

Hadisələrin gedişi, o cümlədən Nabukko layihəsinə dair Budapeştdə keçirilən enerji sammiti bu böyük ümidlərin doğrulacağına inamı artırır.

 

 

Sadıqlı Flora

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 4.