Dövlət Neft Fondunun aktivləri 2008-ci ilin əvvəlinə nisbətən 4,3 dəfə artmışdır

 

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov yanvarın 28- keçirdiyi mətbuat konfransında bildirmişdir ki, fondun aktivləri 2008-ci ilin əvvəlinə nisbətən 4,3 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatının son illər böyük sürətlə inkişaf etdiyini, 2008-ci ilin ölkə üçün uğurlu olduğunu vurğulayan Ş.Mövsümov neft fondunun 2008-ci ildə gəlir xərcləri barədə hesabatını açıqlamışdır. Hesabat dövründə neft fondunun büdcə gəlirləri 11 milyard 864,7 milyon manat, büdcə xərcləri isə 4 milyard 291,8 milyon manat təşkil etmişdir. Fondun 2008-ci il büdcəsinin gəlir hissəsi 117 faiz, xərc hissəsi isə 98 faiz yerinə yetirilmişdir.

2008-ci ildə Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 milyard 633,5 milyon manat, o cümlədən mənfəət neftinin satışından 11 milyard 527 milyon manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat, bonus ödənişlərindən 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 2,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividendlərdən 97,2 milyon manat, tranzit haqqı 200 min manat təşkil etmişdir.

Ötən ildə neft fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 231,2 milyon manat olmuşdur.

Hesabat dövründə neft fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın məcburi köçkün ailələrinin məskunlaşdırılması onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 145 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə müvafiq olaraq 120,6 milyon manat 211,8 milyon manat vəsait ayrılmışdır. Dövlət büdcəsinə 3 milyard 800 milyon manat vəsait transfer edilmiş, 5,3 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə neft fondundan 2,3 milyon manat vəsait ayrılmışdır.

2008-ci ildə neft fondunun idarə edilməsi ilə bağlı xərclər 6,8 milyon manat olmuşdur.

Fond 26 milyon manat məbləğində mənfəət vergisi digər vergilər ödəmişdir.

Hesabat dövründə neft fondunun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərcləri 652,6 milyon manat təşkil etmişdir.

2008-ci ildə fondun vəsaitlərinin idarə edilməsi üzrə orta çəkili gəlirlilik 3,79 faizə bərabər olmuşdur.

2009-cu il yanvarın 1- fondun aktivləri ötən ilin əvvəlinə nisbətən 4,3 dəfə artaraq 8 milyard 986,7 milyon manata (11 milyard 219,2 milyon ABŞ dollarına) bərabər olmuşdur. Mətbuat konfransında iştirak edən Dünya Bankı xəzinədarlığının direktoru Cenifer Conson Kalari təmsil etdiyi qurumun Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə iki illik əməkdaşlıqdan məmnun olduğunu bildirmiş, qeyd etmişdir ki, fondun investisiya proqramı "Evromani" jurnalı tərəfindən də yüksək qiymətləndirilmişdir.

Bildirilmişdir ki, bütün dünyanı bürümüş maliyyə-iqtisadi böhran zamanı Azərbaycan konservativ investisiya siyasətinə üstünlük vermiş, vaxtında uğurlu konsepsiya hazırlamağa nail olmuşdur. Xanım Kalari bundan sonrakı dövrdə fondun daha riskli mürəkkəb alətlərə üstünlük verməsi vaxtının gəlib çatdığını, bununla da, dövlətin artan xərclərinin təmin edilməsinin vacibliyini vurğulamışdır.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 5.