Gündən-günə abadlaşan diyar

 

"Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz iqtisadiyyatınızı da inkişaf etdirəsiniz".

Bu sözlər xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Ulu öndər Naxçıvana səfəri çərçivəsində sərhəd bölgəsi sayılan Sədərəkdə Ermənistan prezidenti ilə görüşdən qayıdarkən Şərurun Mahmudkənd yol ayrıcında onu qarşılamağa çıxan minlərlə insanla görüşündə bu sözləri söyləyib. Şərurlular da onun arzu istəklərini bu gün layiqincə yerinə yetirməyə çalışırlar.

Ötən il rayon üçün uğurlu olub. İqtisadiyyatın ayrı-ayrı sahələrində qazanılan nəticələr bunu sübut edir. Əvvəlki illə müqayisədə rayonda sənaye məhsulu istehsalının həcmi 24,5 faiz artıb, il ərzində 23 milyon manatlıq məhsul istehsal olunub.

100 min nəfərə yaxın əhalinin yaşadığı rayonda iqtisadiyyat əsasən aqrar sahə üzərində köklənib. Əhalinin böyük əksəriyyətinin məşğuliyyəti bu sahə ilə bağlıdır. Rayonda əkinçilik heyvandarlığın inkişafı üçün yaxşı imkanlar var. Ötən il rayonun fermerləri 15 min hektardan artıq sahədə əkin aparıblar. Başlıca diqqət daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Taxıl kartof əkinlərinə maraq artıb. Çəkilən zəhmət hədər getməyib. Taxıl zəmilərinin hər hektarından orta hesabla 25,7 sentner, bütövlükdə 23,3 min ton məhsul toplanıb. Bu, pis nəticə deyil. Mütəxəssislərin hesablamalarına görə, istehsal olunan məhsul əhalinin çörək çörək məhsullarına olan ehtiyaclarını təxminən 70-75 faiz ödəməyə imkan verir. Son illər rayon ərazisində tikilib istifadəyə verilən un dəyirmanları da istehsalçıların köməyinə gəlir. Müasir texnoloji avadanlıqla təmin olunan bu emal müəssisələrinin gücündən səmərəli istifadə edilir. Kartofçuluqda da müsbət nəticələr əldə olunub. Ötən mövsüm ilk dəfə olaraq rayonda 10 min tona yaxın kartof yetişdirilib. Hər hektardan orta hesabla 131 sentner məhsul götürülüb. Tərəvəz, bostan, şəkər cuğunduru sahələrindən, meyvə bağlarından əldə olunan nəticələr pis olmayıb.

Rayon icra hakimiyyətinin başçısı Elmar Quliyev deyir ki, Şərurda daxili bazarın tələbatını ödəmək heç asan məsələ deyil. Rayon Türkiyə, İran Ermənistanla həmsərhəddir. Onların ikisi ilə sadələşdirilmiş gömrük-keçid qaydaları mövcuddur. Bu halda idxal-ixrac prosesi öz sözünü deyir. Amma istehsalçılara dövlət səviyyəsində lazımi dəstəyin göstərilməsi əkin-biçin işinə marağı artırır. İndiyəcən 756 nəfər torpaq mülkiyyətçisinə 286 min 600 manat yardım edilib, "Naxçıvan Aqrolizinq" ASC tərəfindən 441 manat dəyərində mineral gübrə paylanılıb.

Meliorasiya su təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər əkinçiliyin inkişafına təkan verib. Dizə kəndində inşası başa çatdırılan su-nasos stansiyası 400 hektar sahənin suvarılmasına imkan yaradıb. İl ərzində ayrı-ayrı kəndlərdə daha 9 subartezian quyusu istismara verilib. Arpaçay su anbarında suötürücü bəndində aparılan əsaslı təmir yenidənqurma işlərinin başa çatdırılması da imkanları xeyli artırıb.

Əkinçiliyin intensiv üsullarla inkişafı rayonda eyni zamanda heyvandarlığın inkişafına rəvac verib. Hazırda rayon ərazisində 30,5 min baş qaramal, 106 min baş davar bəslənilir. Rayon əhalisinin ət süd məhsullarına olan ehtiyacları tam yerli istehsal hesabına ödənilir. Ötən il ərzində burada diri çəkidə 5427 ton ət 23680 ton süd istehsal olunub.

2008-ci ilin nəticələri energetika təsərrüfatında çalışanlar üçün fərəhli olub. Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün 179 transformatorda əsaslı cari təmir işləri aparılıb, 25 km yeni hava xətləri çəkilib. İl ərzində istifadə olunan 62,4 milyon kilovat-saat elektrik enerjisinə görə 1 milyon 720 min manat vəsait yığılıb. Toplanılan vəsait işlədilən enerjinin dəyərinin 90,6 faizini təşkil edir. Halbuki ondan əvvəlki ildə bu rəqəm 66,7 faiz olub.

Ötən il muxtar respublikanın digər bölgələri kimi, Şərur rayonunda da qaz çəkilişi tam başa çatdırılıb. Hazırda rayon üzrə 16600 abonent var. Hesabat dövründə onlar işlətdikləri təbii qazın haqqını 99,7 faiz ödəyiblər.

Bunlardan əlavə, keçən il rayon ərazisində aparılan tikinti-quruculuq tədbirlərinin həcmi xeyli artıb. Bu müddət ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 28,2 milyon manat ya əvvəlki ildəkindən 10,8 faiz çox investisiya qoyulub. Onun 25,7 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunub ki, bu da əvvəlki illə müqayisədə 24,2 faiz çoxdur. Bu baxımdan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Son illər rayonda mühüm infrastruktur layihələri həyata keçirilib, onlarla müasir tipli obyekt inşa olunub. Özü tikinti-quruculuq işləri təkcə rayon mərkəzində aparılmayıb. Qarxun, Zeyvə, Vərməziyar, Aşağı Yaycı digər kəndlərdə bir çox tədbirlər həyata keçirilib. Təkcə dağ kəndi Aşağı Yaycıda 224 şagirdlik orta məktəb binası, həkim ambulatoriyası ticarət mərkəzi inşa olunub.

Şərur şəhəri isə əsl tikinti meydanına çevrilib. Müxtəlif idarə təşkilatların yeni inzibati binalarının, Olimpiya İdman Kompleksinin, Heydər Əliyev adına mədəniyyət istirahət parkının, şəhər məscidinin Şərur türk liseyinin inşası artıq tamamlanmaq üzrədir.

 

 

 Məmmədov Məmməd

 

Azərbaycan.-2009.-29 yanvar.-S.6.