Ölkədə pensiya təminatı ildən-ilə yaxşılaşır
Ölkə vətəndaşlarının sosial təminatının
qabaqcıl beynəlxalq
təcrübə əsasında
yenidən qurulması
dövlət tərəfindən
həyata keçirilən
sosial-iqtisadi siyasətin
strateji istiqamətlərindən
biridir.
Ölkə başçısının 2008-ci ilin 30 dekabr tarixli sərəncamı ilə təsdiq olunan "2009-2015-ci illər ərzində Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" pensiya təminatının daha da yaxşılaşmasına yönəldilən növbəti bir addımdır.
İlkin məlumatlara əsasən, 2009-cu ilin əvvəlində ölkədə 1270 min nəfər pensiyaçı olub və iqtisadiyyatda məşğul olan əhalinin hər 1000 nəfərinə 313 pensiyaçı düşüb. Təyin olunan aylıq pensiyaların orta məbləği ötən il 96 manat olub və orta əməkhaqqının 36 faizini təşkil edib.
2006-cı ildən aztəminatlı ailələr üçün ünvanlı dövlət sosial yardımı sistemi yaradılıb. Cari ilin əvvəlinə 750 min nəfər ünvanlı dövlət sosial yardımı alıb, 1 nəfərə düşən yardımın məbləği 22 manat olub. Bundan başqa, əmək pensiyası almaq hüququna malik olmayan 285,2 min nəfərə 9,7 milyon manat məbləğində sosial müavinət verilib.
Bu, Dövlət Statistika Komitəsinin məlumatıdır.
Azərbaycan.-2009.-29 yanvar.-S.6.