AŞ PA Ermənistanın durumunu qeyri-kafi qiymətləndirdi

 

Ekspertlər bu ölkədəki vəziyyətin daha acınacaqlı mərhələyə keçəcəyini bildirirlər

 

Terri Devis bildirir ki, bu hadisələrin araşdırılması ilə polis məşğul olmalıdır: "Əgər mən erməni olsaydım, belə bir sual verərdim: nəyə görə tədqiqatla polis məşğul olmur? Axı bu, onların birbaşa vəzifəsidir".

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) mart hadisələri ilə əlaqədar qəbul etdiyi 1609 1620 saylı qətnamələrin tələblərinin yerinə yetirilməsi üçün Ermənistana əlavə vaxt verib bununla bağlı daha bir qətnamə qəbul edib. 1643 saylı yeni qətnaməyə görə, Ermənistana mart hadisələrinin tam araşdırılıb başa çatdırılması üçün cari ilin aprel ayına qədər vaxt verilib. Bu qətnamədə AŞ PA bu ölkənin siyasi qüvvələrini hakimiyyətini mart hadisələrini araşdıran komissiyanın işinə müdaxilə etməməyə çağırır. Bundan başqa bildirilir ki, Ermənistan hakimiyyəti dövlət orqanları vəzifəli şəxslər daxil olmaqla hamının komissiya ilə əməkdaşlıq qurmasını təmin etməlidir. O da xüsusi olaraq vurğulanır ki, mart hadisələrini araşdıran komissiya insanların həbsi, onlar barəsində məhkəmə araşdırması və bu qəbildən olan digər məsələlərə dair istədiyi bütün izahatları rəsmi orqanlardan ala bilməlidir.

AŞ PA-nın yeni qətnaməsində ayrıca olaraq qeyd edilir ki, Ermənistan 1609 1620 saylı qətnamələrin tələblərinin yerinə yetirilməsində bu vaxta qədər çox az irəliləyiş əldə edib. Bu, ilk növbədə həmin hadisələrlə bağlı həbsə alınan şəxslərin azadlığa buraxılmasına aiddir: "AŞ PA-nın tələblərinin əksinə olaraq qaldırılan cinayət işləri verilən məhkəmə hökmlərinin böyük əksəriyyəti polis əməkdaşlarının ifadələrinə əsaslanıb digər sübutlarla gücləndirilməyib".

Xatırladaq ki, ötən il martın 1-də Ermənistanın rəhbərlərinin göstərişilə polis digər güc strukturları prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət qüvvələrinin onların mövqeyini dəstəkləyən insanların keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması zamanı çox ciddi zorakılıqlara yol vermişdir ki, nəticədə 10 nəfər dünyasını dəyişmiş, 200 insan isə yaralanmışdır. Bundan sonra müxalifətçilərin geniş təqibi başlanmış xeyli sayda insan həbsə alınmışdır. Bu vaxta qədər AŞ PA-nın digər beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, Ermənistanda mart hadisələrinin əsl günahkarları   müəyyən   edilərək məhkəməyə cəlb olunmamışdır. Əksinə, hakimiyyətin xalqa müxalifətə qarşı repressiv siyasətinin miqyası daha da genişlənmiş, nəticədə ölkədə siyasi məhbusların sayı 60-ı keçmişdir.

Belə şəraitdə isə Ermənistan müxalifəti AŞ PA-nın Serj Sarkisyan iqtidarına qarşı loyal mövqe nümayiş etdirməsini ədalət prinsipinin pozulması kimi dəyərləndirir. Ermənistan Milli Konqresinin nümayəndəsi Vladmir Karapetyan bununla bağlı bildirir: "AŞ PA 1643 saylı qətnaməni qəbul  etməklə faktiki olaraq hazırda davam edən məhkəmə işlərini nəzərə almadığını göstərdi. Bizim üçün o da təəccüblüdür ki, AŞ PA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Con Preskott Jorj Kolombye Serj Sarkisyanın göstərişi ilə 10 nəfərin həbsdən azad olunmasını tərəqqi kimi dəyərləndirir. Halbuki həmin 10 nəfərin müxalifətə heç bir aidiyyəti yoxdur bizim araşdırmalarımıza görə, həmin şəxslər oğurluq üstündə həbsə atılıblar". Vladmir Karapetyan təklif edir ki, artıq Ermənistan üzrə həmməruzəçilərə etimad məsələsi qaldırılmalıdır.

Ermənistan Milli Konqresinin digər üzvü Aram Manukunyan isə bildirir ki, müxalifət 1643 saylı qətnamənin şərtlərinin hakimiyyət tərəfindən necə yerinə yetirilməsini təftiş edəcək: "AŞ PA-nın Ermənistana qarşı sanksiya tətbiq etməməsindən hakimiyyət çox da sevinməməlidir. Biz əvvəlki qaydada ölkədə demokratiyanın bərqərar olunması, siyasi məhbusların azad edilməsi üçün mübarizəni davam etdirəcəyik. AŞ PA qətnamələrinin şərtlərinin bu ilin aprel ayına kimi hakimiyyət tərəfindən necə yerinə yetirilməsini    nəzarətdə saxlayacağıq. Əgər əvvəlki kimi yenə bu qətnamənin şərtləri yerinə yetirilməsə Avropa Şurası Ermənistana qarşı loyal mövqe tutsa, onda bizim üçün Avropa Şurasında qalmağın heç bir əhəmiyyəti yoxdur".

Ermənistanın "Aravot" qəzetinin yazdığına görə isə, əslində Avropa Şurası Serj Sarkisyan iqtidarına qarşı loyal mövqe nümayiş etdirməklə ciddi yanlışlığa yol verib: "İlk növbədə ona görə ki, artıq sanksiyalardan yaxa qurtaran iqtidar çətin bundan sonra müxalifətlə dialoqa getsin. Müxalifətlə dialoqa gedilməməsi isə bir sıra vacib məsələlərin, o cümlədən siyasi məhbus probleminin tam şəkildə öz həllini tapa biləcəyini sual altına alır. Bundan başqa ölkədə demokratiyanın bərqərar olunması üçün ciddi addımlar atılacağını da gözləməyə dəyməz. Əgər hakimiyyət AŞ PA-nın sanksiyalarından çəkinərək indiyə qədər demokratiyanın qurulması, vətəndaşlara, müxalifət qüvvələrinə qarşı münasibətdə sivil mövqe görüntüsü yaratmağa çalışırdısa, artıq Avropa Şurasından özünə qarşı təzyiq görmədiyi üçün bunu da etməyəcək. Deməli, Ermənistanda vəziyyət bundan sonra daha da pisləşəcək".

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə qurumun Ermənistandakı vəziyyətlə bağlı yeni qətnaməsini belə şərh edir: "Bu gün Ermənistandakı vəziyyət heç ürəkaçan deyil. Ermənistanda yüzlərlə siyasi məhbus var, mətbuata təzyiqlər edilir siyasi partiyaların fəaliyyəti pozulub. Bundan əlavə, Ermənistan nümayəndə heyətinin üzvü Hovanesyan Assambleyada çıxış etmək hüququndan məhrum edilib. Bütün bunlar Ermənistanda vəziyyətin yaxşı olmadığını göstərir. Bununla belə Avropa Şurası ikili standartlar tətbiq edir. Ermənistan isə xaricdəki diasporuna arxayın olaraq istədiyini edir".

Ancaq istənilən halda o da faktdır ki, Ermənistanda ötən ilin fevralında keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyətlə bağlı AŞ PA-da digər təşkilatlarda aparılan müzakirələr bu dövlətin beynəlxalq miqyasda imicinin daha da pisləşdiyini göstərir. Bu isə dünyada Ermənistanın mövqelərinin sarsıdılması prosesini bir qədər sürətləndirir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-29 yanvar.-S.7.