Davos İqtisadi Forumu işini davam etdirir
İsveçrənin
kurort şəhərində açılmış 39-cu
Dünya İqtisadi Forumu davam edir. Fevralın 1-də başa çatacaq forumda müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın əsas problemlərinin müzakirəsi
və həlli üçün işgüzar
tərəfdaşlığın genişlənməsinə yardım
məsələləri diqqət
mərkəzindədir.
Yanvarın 29-da Davosda Forumun "Enerji Outlook-2009" mövzusunda
iclası keçirilmişdir. Böyük əhəmiyyətə
malik bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.
Ümumiyyətlə, ekspertlər Davos Forumunun dünya iqtisadiyyatı üçün
mühüm rol oynayacağını, hazırda
bütün dünyanı
bürüyən qlobal
maliyyə böhranından
çıxış yollarının
axtarılması baxımından
faydalı olacağını
bildirmişlər. Builki forumda
100-dək ölkədən 2500-dən çox nümayəndə,
o cümlədən 41 dövlət
və hökumət başçısı, tanınmış
şirkətlərin təmsilçiləri,
iqtisadçılar, ekspertlər,
beynəlxalq təşkilatların,
KİV-lərin rəhbərləri
iştirak edir. Bir sözlə, Davosda keçirilən indiki
forum bütün tarixi
ərzində ən çox nümayəndənin
iştirak etdiyi görüş hesab olunur. Beş gün ərzində
300-dək iclasın keçirilməsi
nəzərdə tutulmuşdur.
İclaslar əsasən
"Böhran cəmiyyəti
və liderlik",
"Ətraf mühitə
nəzarət", "Maliyyə
idarəçiliyinin yeni
sərhədləri", "Bütün qiymətlərin,
böhranların qarşısının
alınması", "Neft
və qaz siyasəti - xəritə dəyişikliyi" və
"Böyük oyun təkrarlanır" bölmələri
üzrə təşkil
olunur.
Dünya iqtisadi və maliyyə böhranının
aradan qaldırılması,
iqlim dəyişikliyi
problemlərinin nəzərdən
keçirildiyi forum çərçivəsində
ətraf mühitin mühafizəsinə dair beynəlxalq paktın əsas müddəalarını
hazırlayan nazirlərin
görüşü də
olacaqdır. Bu sahədə
sənədin cari ilin sonunda imzalanması
nəzərdə tutulur.
Çıxışlarda bildirilmişdir ki, ən optimal varianta görə, maliyyə böhranı 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlində başa
çatacaq ki, bu da onun
2009-cu ildə dünya
ölkələrinin iqtisadiyyatına
təsir imkanlarını
gücləndirir.
Xatırladaq ki, dünyada böhranlı vəziyyətə
baxmayaraq, Azərbaycan
iqtisadiyyatını inkişaf
etdirir. Ümumi daxili məhsulun
artım sürətinə
görə ölkəmiz
lider mövqeyini saxlayır. 2003-cü illə
müqayisədə 2008-ci ildə
dünya iqtisadiyyatının
artımı 25,4 faiz,
o cümlədən ABŞ-da 13,3 faiz, Avropa
İttifaqı ölkələrində
13,7 faiz, MDB ölkələrində
45,4 faiz, Çində
66,5 faiz təşkil edibsə, son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə
artmışdır. Ölkəmizin
neft sektoru 4,1 dəfə, qeyri-neft sektoru isə 1,8 dəfə
artmışdır.
Forumun əsas tədbirlərindən
olan "Enerji
Outlook-2009" iclasını açan "CNN-İnternational"
televiziya kanalının
aparıcısı Con Defterios
Prezident İlham Əliyevə və digər qonaqlara minnətdarlıq etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında
ölkəmizin iqtisadi
inkişafı və potensialından, aparılan
islahatlardan və energetika sahəsində görülən işlərdən
danışmışdır.
Dövlətimizin başçısı enerji
layihələrindən də
söhbət açaraq
demişdir ki, Azərbaycan aparılmış
düzgün siyasət
nəticəsində və
tərəfdaşların birgə
səyi ilə beynəlxalq əhəmiyyətli
layihələr həyata
keçirmişdir. Azərbaycanın
bu sahədəki təcrübəsi digər
ölkələr üçün
nümunə ola bilər.
Prezident İlham Əliyev Avropanın gündəliyində
olan Nabukko layihəsi ilə bağlı fikirlərini də açıqlamış,
ölkəmizin Avropanın
enerji təhlükəsizliyinə
öz töhfəsini
verdiyini bildirmişdir.
Sonra dövlətimizin başçısı
aparıcının və
iştirakçıların suallarına cavab vermişdir.
AzərTAc
Azərbaycan.-2009.-30 yanvar.-S.1.