Prezident İlham Əliyev "Neft-qaz siyasəti - xəritə dəyişikliyi" mövzusunda iclasda iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da"Morasani Şveizerhov" mehmanxanasında Davos forumunun "Neft-qaz siyasəti- xəritə dəyişikliyi" mövzusunda xüsusi iclasında da iştirak etmişdir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Avropa İttifaqının dünyanın aparıcı ENİ, "Total", "Ekson/Mobil", "Statoil-Hydro" şirkətlərinin nümayəndələrinin iştirak etdiyi iclasda neft hasilatının tənzimlənməsi, neft-qaz şirkətlərinin Rusiya Yaxın Şərqdə artan maraqları, OPEK qaz üçlüyünün maraqları, yaxın gələcəkdə enerji sahəsində kimi dəyişikliklərin baş verə biləcəyi məsələləri diqqət mərkəzində olmuşdur.

İclasda təbii qaz təchizatının təhlükəsizliyinin təmin olunması, bu sahəyə sərmayə qoyuluşunun perspektivləri, özəl beynəlxalq şirkətlərin dövlət şirkətləri ilə münasibətlərində yeni formaların tapılması məsələləri müzakirə edilmişdir.

Bu iclasda çıxış edən ABŞ-ın, Belçikanın, Almaniyanın, Böyük Britaniyanın, Fransanın, Norveçin, İtaliyanın, Avstriyanın, Meksikanın, Cənubi Afrika Respublikasının nümayəndələri, əsasən,neft qaz ölkəsi kimi tanınan dövlətlərdə iqtisadi inkişafdan, eləcə qlobal maliyyə böhranının yaratdığı çətinliklərdən söhbət açmışlar.

Çıxışlarda enerji sahəsində əməkdaşlıqda Azərbaycanın tutduğu mövqe yüksək dəyərləndirilmiş, ölkəmizin neft qaz marşrutlarının çoxşaxəliliyinə tərəfdar olması Avropanın enerji təhlükəsizliyində yeni layihələrin meydana gəlməsində rolu əhəmiyyəti xüsusi vurğulanmışdır.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iclasda çıxış etmişdir. Diskussiya xarakterli bu görüşdə gələcəkdə Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın karbohidrogen ehtiyatlarının Xəzər dənizi vasitəsilə Qərbə çatdırılmasının böyük önəm daşıdığı bildirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müzakirə olunan məsələlərə münasibətini bildirmiş, beynəlxalq enerji əməkdaşlığının əhəmiyyətindən, Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlərdən dünyada artan rolundan danışmışdır.

Azərbaycan iqtisadiyyatının hazırkı artımı ölkənin qlobal iqtisadiyyata, inkişafda olan dövlətlərin bazarlarına fəal inteqrasiyası nəzərə alınmaqla, belə mühüm tədbirdə iştirak regionda lider rolunu oynayan Azərbaycana fayda gətirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 yanvar.-S.1.