Prezident İlham Əliyev "Böyük
oyun təkrarlanır"
devizi ilə keçirilən iclasda iştirak etmişdir
Yanvarın 29-da Davos
forumu çərçivəsində "Böyük oyun təkrarlanır"
devizi altında xüsusi iclas keçirilmişdir.
İclasda Azərbaycan
Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan, İranın xarici işlər naziri Məniçehr
Mottəki,Ermənistanın xarici işlər naziri Edvard
Nalbandyan iştirak etmişlər.
İclası açan
"Avrasia Group" şirkətinin prezidenti Yan Bremmer Azərbaycan
Prezidentini, Türkiyə Baş nazirini və digər
qonaqları salamlayaraq, "Böyük oyun təkrarlanır"
mövzusunun təsadüfi seçilmədiyini və
müzakirələrin səmərəli keçəcəyinə
əminliyini bildirmişdir.
Aparıcı Azərbaycan
və Türkiyənin
Avropaya inteqrasiya yolunu tutduqlarını vurğulamış, Azərbaycan
Prezidenti İlham Əliyevə "Avropada ikili standartlar mövcuddurmu?" sualı
ilə müraciət
etmişdir.
Prezident İlham
Əliyev cavabında bildirmişdir ki, 1991-ci ildən Azərbaycan müstəqil siyasət həyata keçirir. Avropa İttifaqı ilə Azərbaycan "Yeni qonşuluq siyasəti"nə dair fəaliyyət planı, enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair
memorandum imzalamışdır. Bütün bunlar Azərbaycan və Avropa arasında əlaqələrin inkişafını
göstərir. Avropa ölkələri ilə əlaqələr qarşılıqlı
anlaşmaya söykənir
və bu, davam edəcəkdir.
Prezident İlham
Əliyev ikili standartların hər yerdə mövcud olduğunu bildirmiş, Azərbaycanla Avropa İttifaqı arasında işbirliyinin müsbət
olduğunu və bunun davam edəcəyinə
əminliyini vurğulamışdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin
Avropa İttifaqına
üzvlüyü məsələsinə
toxunmuş, bu istiqamətdə fəaliyyətin
davam etdiyini söyləmişdir. Hər
zaman problemlərin yaşandığını bildirən
Ərdoğan demişdir
ki, Avropa İttifaqının Gömrük
Birliyinə üzv olan Türkiyəyə dostlarının baxışları
müsbət olmalıdır
və ümid edirəm ki, belə də olacaqdır.
İranın xarici işlər naziri Məniçehr Mottəki
də ABŞ-ın İrana münasibətlərində
dəyişikliklərin baş
verməsinin strateji və taktiki ola bilməsi fikrini vurğulamışdır.
İranın bölgədə
sülhün bərqərar
olmasına çalışdığını,
dünyada işbirliyinin
güclənməsi üçün
səylərini artırdığını
deyən nazir ümidvar olduğunu bildirmişdir ki, ABŞ-ın yeni rəhbərliyi
siyasətini sözdə
yox, işdə dəyişdirəcək və
bölgədə əməkdaşlıq
yeni vüsət alacaqdır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya ilə bağlı suala cavabında demişdir ki, Rusiya ilə
Gürcüstan arasında
məlum münaqişədən
sonra Türkiyə Qafqazda sülh və təhlükəsizlik
platforması ideyasını
irəli sürdü.
Bundan məqsəd bölgədə təhlükəsizliyə,
əmin-amanlığa nail olmaqdır.
İnanırıq ki,
Rusiya bundan sonra da bu
istiqamətdə səylərini
artıracaqdır.
Azərbaycan Prezidenti
İlham Əliyev aparıcının "Böyük
oyundan bəhs edərkən enerji məsələsindən qaçmaq
olarmı?" və
"Avropa Rusiyadan qaz asılılığını
azaltmağa çalışır
və Siz Nabukko layihəsinin gələcəyinə necə
baxırsınız?" suallarına
cavabında demişdir
ki, biz xarici şirkətlərlə əməkdaşlıq
və tərəfdaşlıq
nəticəsində təbii
sərvətləri dünya
bazarına çıxarırıq.
Bu gün Azərbaycanın
7 neft və qaz boru xətti
vardır. Xarici bazara neft və
qaz ixrac olunur. Azərbaycan enerji ölkəsi kimi mühüm rol oynayır. Azərbaycan təkcə tranzit yox, həm
də ixracçı
ölkədir. Azərbaycanda
zəngin yataqlar vardır.
Prezident İlham
Əliyev
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin iqtisadi layihələrdə iştirakdan
kənarda qalması ilə bağlı suala cavabında demişdir ki, bölgədə heç
bir ölkə layihədən kənarda qala bilməz. Ermənistan sərfəli
tranzit yolu olsa da, təəssüf
ki, beynəlxalq layihələrdə iştirak
edə bilmir.
Türkiyə-Ermənistan münasibətləri
məsələsi ilə
bağlı o, əlaqələrin
yaxşı davam etdiyini, bunun müsbət nəticələnəcəyinə,
Türkiyə və Ermənistanın xeyrinə
olacağına inandığını
söyləmişdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bütün hədəflərin bölgədə
sülhə nail olmağa
yönəldiyini vurğulayaraq
demişdir ki, bunda bütün tərəflər maraqlı
olmalıdır. Bu işlərdə
diasporlara ehtiyac yoxdur və öz problemlərimizi özümüz həll etməliyik.
Rəcəb Tayyib Ərdoğan Ermənistan
ilə Azərbaycan arasında münaqişənin
hələ də həllini tapmadığını,
ATƏT-in Minsk qrupunun fəaliyyətinin
heç bir nəticə vermədiyini
də xatırlatmışdır.
Baş nazir Qafqazda sülh və təhlükəsizlik
platforması ideyasının
bu səbəbdən meydana gəldiyini bildirərək demişdir
ki, bu işlərə
kənar qüvvələrin
cəlb olunması qəbuledilməzdir.
Azərbaycan Prezidenti
İlham Əliyev bildirmişdir ki, bizim Ermənistanla əlaqələrimiz yoxdur.
Səbəb isə Ermənistan tərəfinin
Azərbaycan torpaqlarını
işğal etməsidir.
Amma müzakirələr
aparılır, nəticə
isə yoxdur. Azərbaycanın ərazi
bütövlüyü bərpa
olunmayınca əməkdaşlıq
mümkün deyildir. Torpaqlar azad edilməli, BMT-nin prinsipləri qəbul olunmalı, sərhədlər
tanınmalıdır.
İranın xarici işlər naziri Məniçehr Mottəki
İranın Orta Asiya və Qafqaz
ölkələri ilə
əlaqələrinin gələcəyi
barədə suala cavabında demişdir ki, bölgədə siyasi dialoqa ehtiyac duyulur. Əsasən də enerji təhlükəsizliyi
məsələsinin müzakirəsinə
ehtiyac vardır.
"Gürcüstan
Prezidenti Mixeil Saakaşviliyə 2009-cu ildə
nə kimi tövsiyəniz var?" sualına cavabında Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, Gürcüstan ilə Azərbaycan arasında mühüm layihələr
həyata keçirilir.
Bunun Avropanın enerji təhlükəsizliyinə
xeyri vardır. İkitərəfli münasibətlər
inkişaf edir. Mən Gürcüstan rəhbərliyinə və
xalqına uğurlar arzulayıram. Azərbaycan
qonşu Gürcüstanı
dəstəkləmək üçün
əlindən gələni
edəcəkdir. Azərbaycan
Gürcüstana 3 milyard
dollar sərmayə qoymuşdur.
Bu işləri Azərbaycan
Respublikası Dövlət
Neft Şirkəti uğurla həyata keçirir. İki ölkə arasında əlaqələr nə qədər yaxşı olsa, bunun bir
o qədər faydası
vardır. Bu, bölgənin
inkişafına və
əməkdaşlığa töhfə verəcəkdir.
Sonda Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan İpək yolu layihəsi çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına, Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin çəkilişi məsələlərinə
toxunmuşdur. Türkiyənin
Yaxın Şərqdəki
siyasətindən danışaraq
bildirmişdir ki, Türkiyə bölgədə
sabitlik üçün
bütün təşəbbüslərə
qoşulur və bu yöndə əlindən gələni
edəcəkdir.
* * *
Azərbaycan Prezidenti
İlham Əliyevin İsveçrəyə səfəri
davam edir.
AzərTAc
Azərbaycan.-2009.-30 yanvar.-S.2.