Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Nazirlər Şurasının sədri
Sali Berişa ilə görüşü
Yanvarın 29-da Davosda
"Konqress" mehmanxanasında Azərbaycan Prezidenti İlham
Əliyev Albaniya Nazirlər Şurasının sədri Sali
Berişa ilə görüşmüşdür.
Görüşdə
ikitərəfli münasibətlərin müxtəlif sahələrdə
inkişaf etdiyi, iqtisadi sahədə əməkdaşlığın
yaxşı potensialının olduğu vurğulandı. Söhbət
zamanı, həmçinin bu sahədə işlərin həyata
keçirilməsi və əlaqələrin genişləndirilməsi
üçün imkanların araşdırılmasının
zəruriliyi bildirildi.
AzərTAc
Azərbaycan.-2009.-30 yanvar.-S.2.