Azərbaycan Prezidenti İlham Əliyev Reuters agentliyinə müsahibə vermişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 29-da Davosda "Konqress" mehmanxanasında Reuters agentliyinə müsahibə
vermişdir.
Dövlətimizin başçısı Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri, energetika sahəsindəki nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji daşıyıcılarının ixracı baxımından ölkəmizin potensialı və enerji təhlükəsizliyi sistemində önəmli rolu və digər məsələlərlə bağlı suallara ətraflı cavab vermişdir.
AzərTAc
Azərbaycan.-2009.-30 yanvar.-S.2.