Azərbaycan Prezidenti İlham Əliyevin "Microsoft" korporasiyasının
baş vitse-prezidenti ilə görüşü
Yanvarın 29-da Azərbaycan
Prezidenti İlham Əliyev Davosda "Konqress" mehmanxanasında
"Microsoft" korporasiyasının baş vitse-prezidenti və "Microsoft İnternational"ın
prezidenti Jan-Filip Kurtua ilə görüşmüşdür.
Görüşdə Azərbaycanın son illərdəki
iqtisadi uğurları
vurğulandı, təkcə
energetika sahəsinin deyil, qeyri-neft sektorunun, xüsusilə informasiya texnologiyaları sahəsinin inkişafının
dövlət başçısı
tərəfindən prioritet
istiqamətlərdən biri
kimi irəli sürüldüyü və
bu sahədə artıq nailiyyətlərin
qazanıldığı bildirildi. Bununla əlaqədar
Azərbaycan ilə dünyanın aparıcı
"Microsoft" şirkəti arasında əməkdaşlığın
hazırkı vəziyyəti
və gələcək
perspektivləri barədə
fikir mübadiləsi aparıldı, bu sahədə əhəmiyyəti
vurğulandı.
AzərTAc
Azərbaycan.-2009.-30 yanvar.-S.3.