Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Valdis Zatlersin görüşü

 

Yanvarın 30-da Davosdakı "Konqress" mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olundu, qarşılıqlı əlaqələrin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa öz töhfəsini verdiyi bildirildi. Həmçinin yüksək səviyyədə görüşlərin bu əlaqələrin möhkəmlənməsi işinə xidmət etdiyi vurğulandı.

İki ölkə arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildiyi görüşdə ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 yanvar.-S.2.