Azərbaycan Prezidenti İlham Əliyevin bp şirkətinin prezidenti Toni Heyvord ilə görüşü
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Davosdakı "Konqress"
mehmanxanasında bp şirkətinin prezidenti
Toni Heyvord ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli
məhsuldar, səmərəli
əməkdaşlığın həyata keçirildiyi bildirildi, ölkəmizdə
enerji sahəsində görülən işlərin,
habelə enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın
artan önəmi vurğulandı.
Görüşdə bp ilə əməkdaşlığın
genişlənəcəyinə əminlik bildirildi.
AzərTAc
Azərbaycan.-2009.-31 yanvar.-S.2.