Davosda Azərbaycan üzrə qarşılıqlı biznes əlaqələri qrupunun forumu keçirilmişdir

 

Yanvarın 30-da "Konqress" mərkəzində Azərbaycan üzrə qarşılıqlı biznes əlaqələri qrupunun forumu keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmişdir.

Beynəlxalq işgüzar dairələrin iştirak etdiyi forumu Dünya İqtisadi Forumunun Avropa Mərkəzi Asiya ölkələri üzrə direktoru Stefan Kinnok açaraq Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirdi bu cür görüşlərin burada iştirak edən işgüzar dairələr üçün faydalı olacağını dedi.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək, ölkəmizin son illərdəki nailiyyətlərini vurğuladı, iqtisadiyyatın dinamik inkişaf etdiyini, uğurlu iqtisadi islahatların həyata keçirildiyini, bazar iqtisadiyyatına üstünlük verən əlverişli coğrafi vəziyyəti olan Azərbaycanın enerji sektorunda əhəmiyyətli işlər gördüyünü, neft qaz ehtiyatlarını Avropa bazarlarına nəql etdiyini söylədi. Prezident İlham Əliyev Azərbaycanda sərmayədarlar üçün yaxşı şərait yaradıldığını, sahibkarlığın inkişaf etdiyini xatırlatdı bildirdi ki, indi ölkəmiz xaricdə investisiya layihələrində iştirak edir. Azərbaycanın iqtisadi siyasətinin xalqın rifahının yüksəldilməsinə yönəldiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ixrac potensialının da yüksək olduğunu dedi.

Sonra Prezident İlham Əliyev iştirakçıların beynəlxalq enerji layihələri, Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin Xəzər dənizi vasitəsilə dünya bazarlarına çıxarılması perspektivləri digər məsələlər barədə suallarına cavab verərək regional əməkdaşlığa, təhlükəsizliyə mane olan səbəblərdən, xüsusən Ermənistanın Azərbaycana təcavüzündən, bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsindən danışdı, BMT-nin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətdən əl çəkmədiyini bildirdi.

Tədbir başa çatdıqdan sonra işgüzar dairələrin nümayəndələri Prezident İlham Əliyevə yaxınlaşaraq, Azərbaycanla əməkdaşlığa, yeni layihələrdə iştiraka ölkəmizə sərmayə qoymaqda maraqlı olduqlarını bildirdilər, informasiya texnologiyaları bank sektoru ilə maraqlandılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 yanvar.-S.2.