Nazirlər Kabineti 2010-cu
il dövlət büdcəsi layihəsinin,
habelə ölkənin
iqtisadi və sosial inkişaf konsepsiyasının və
proqnoz göstəricilərinin
Azərbaycan Prezidentinə
vaxtında təqdim olunması barədə sərəncam qəbul etmişdir
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən
bildirmişlər ki, Nazirlər Kabineti "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsi layihəsinin,
habelə ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan
Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi
məqsədi ilə 2009-cu il yanvarın 30-da sərəncam qəbul
etmişdir.
Sərəncamda deyilir
ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikası Qanununun müvafiq müddəalarından irəli
gələn vəzifələri yerinə yetirməklə,
ölkənin növbəti büdcə ili və gələn
üç il üçün dövlət büdcəsinin
layihəsini, iqtisadi və sosial inkişaf konsepsiyasını,
toplu maliyyə balansını və həmin qanunun 12-ci maddəsində
göstərilən digər sənədləri
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək üçün 2009-cu il sentyabrın 15-dək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsinlər.
Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi 2010-cu və sonrakı
üç il üçün dövlət büdcəsinin və
icmal büdcənin layihələrinin müəyyən
olunmuş müddətdə hazırlanmasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər
və xərclər üzrə komissiyaların tərkibinə
dair təkliflərini 1 ay müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Daha sonra sərəncamda
aidiyyəti dövlət qurumlarına müvafiq
tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsi:
- cari il üçün
ölkənin ortamüddətli
iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək
üçün 2008-ci ilin
ilkin statistik məlumatlarını 2009-cu il
fevralın 5-dək Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə
və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etsin;
- növbəti
büdcə ili və gələn üç il üçün ölkənin
iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət
büdcəsi layihəsinin
və toplu maliyyə balansının
hazırlanması üçün
zəruri statistik məlumatların Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə,
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə,
Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə
və digər əlaqədar təşkilatlara
mütəmadi olaraq təqdim edilməsini təmin etsin.
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi və dövlət büdcəsinin
gəlirlərini təmin
edən digər orqanlar dövlət büdcəsinin tərtibi
və icrası prosesi üçün gəlirlərlə bağlı
zəruri olan qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi
üçün təkliflərini
2009-cu il martın 1-dək
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə,
növbəti büdcə
ili və sonrakı üç il üçün dövlət büdcəsi
gəlirlərinin layihəsini
hazırlamaq məqsədi
ilə mayın 1-dək
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları
2009-cu il iyulun 1-dək
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etsinlər.
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi
2010-cu və sonrakı
üç il üçün dövlət
və icmal büdcələrinin ilkin
ortamüddətli proqnozunun
göstəricilərini (gəlir,
xərc və kəsir), o cümlədən
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin ilkin ümumi məbləği
barədə göstəriciləri
2009-cu il aprelin 10-dək,
dəqiqləşdirilmiş variantını isə
2009-cu il sentyabrın
5-dək Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyinə təqdim
etsin.
Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyi 2009-cu il üçün dəqiqləşdirilmiş,
2010-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının
və proqnoz göstəricilərinin, daxili
və xarici investisiyaların strukturu və real artım sürəti barədə
məlumatların ilkin
variantını 2009-cu il
martın 1-dək, dəqiqləşdirilmiş
variantını isə
2009-cu il avqustun 1-dək
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etsin.
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin
regional və yerli bölmələri Azərbaycan
Respublikası Vergilər
Nazirliyinin və Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin razılaşdırdığı formaya və mayın 1-dək Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət
büdcəsinin gəlirləri
üzrə proqnoz layihələrini 2009-cu il
iyunun 1-dək Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin aidiyyəti
yerli bölmələrinə
təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə, nazirliklərin,
komitələrin, idarə
və təşkilatların
rəhbərlərinə, şəhər
və rayon icra hakimiyyəti orqanlarına
tapşırılsın və
bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təlimat məktubuna uyğun olaraq, iqtisadiyyatın müvafiq sahələrinin inkişafının
təhlili əsasında
növbəti büdcə
ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını,
proqnoz göstəricilərini
və toplu maliyyə balansını hazırlamaq üçün
lazım olan materialları 2009-cu il iyulun 15-dək Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə
təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti, büdcədən
müvafiq maliyyə yardımları alan
idarə və təşkilatlar, şəhər
və rayon icra hakimiyyətlərinin maliyyə
orqanları növbəti
büdcə ili və sonrakı üç il üçün büdcə
layihələrini 2009-cu il
iyulun 1-dək Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etsinlər.
Nazirliklər, komitələr
və büdcədən
maliyyələşən digər
təşkilatlar növbəti
büdcə ili
və sonrakı üç il üçün büdcə
layihələrini və
büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini
2009-cu il iyulun 1-dək
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etsinlər.
Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Dövlət
Neft Fondu növbəti büdcə
ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2009-cu il martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə
2009-cu il iyulun 1-dək
Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyinə və Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etsinlər.
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırmaqla,
"Avtomobil Yolları"
Məqsədli Büdcə
Fondunun, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi isə "Dövlət zəmanəti
ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə
layihələrinin ilkin
variantını 2009-cu il
martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə
2009-cu il iyulun 1-dək
Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyinə təqdim
etsinlər.
Dövlət büdcəsindən
maliyyə yardımı
(dotasiya) almaq istəyən bələdiyyələrə
tövsiyə edilsin ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası
Qanununun 11.14-cü maddəsində
göstərilən sənədləri
və məlumatları
2009-cu il mayın 1-dək Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə, nazirliklərin,
komitələrin, idarə
və təşkilatların,
səhmlərinin nəzarət
zərfi dövlətə
məxsus olan səhmdar cəmiyyətlərinin
rəhbərlərinə, şəhər
və rayon icra hakimiyyəti orqanlarına
tapşırılsın və
bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təlimat məktubuna uyğun olaraq, 2010-cu il və sonrakı
üç il üzrə dövlət investisiya proqramının
layihəsini hazırlamaq
üçün müvafiq
məlumatları və
sənədləri 2009-cu il
mayın 1-dək Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə
və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etsinlər.
Nazirliklər, komitələr
və büdcədən
maliyyələşən digər
təşkilatlar, dövlət
büdcəsindən müvafiq
maliyyə yardımı
(dotasiya, subvensiya və subsidiya) alan idarə
və təşkilatlar
2009-cu il iyulun 1-dək:
- müvafiq dövlət
proqramlarının, tədbirlər
planlarının icra vəziyyəti və onların icrası ilə bağlı mövcud olan problemlər barədə məlumatları hazırlayıb
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
və Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə
təqdim etsinlər;
- dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin
dövlət sifarişinə
aid olanları barədə
təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etsinlər.
Sərəncamda Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi və Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyinə tapşırılmışdır
ki, lazım olduqda, ölkənin növbəti büdcə
ili və gələn üç il üçün dövlət büdcəsi
layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının
və toplu maliyyə balansının
tərtibi üçün
əlavə əsaslandırıcı
materialları və hesablamaları mərkəzi
və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət
və təşkilati-hüquqi
formasından asılı
olmayaraq, digər hüquqi şəxslərdən,
bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət
fondlarından tələb
etsinlər.
Büdcədən maliyyələşən
nazirliklərə, komitələrə,
şirkət və digər təşkilatlara,
müvafiq dövlət
fondlarına, Naxçıvan
Muxtar Respublikasının
Nazirlər Kabinetinə,
dövlət büdcəsindən
müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlara, şəhər
və rayon icra hakimiyyətlərinin maliyyə
orqanlarına tapşırılmışdır
ki, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə
layihələrini tərtib
edərkən, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
24 may tarixli 75 nömrəli
qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin
tərtibi və icrası Qaydaları"ndan
irəli gələn vəzifələrin yerinə
yetirilməsini təmin
etsinlər.
Bu sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
AzərTAc
Azərbaycan.-2009.-31 yanvar.-S.2.