Azərbaycanın regionun ən güclü ordusuna malik olması bir daha təsdiqləndi
Hazırda Cənubi Qafqazın ən güclü ordusuna malik Azərbaycanın hərbi
qüdrətinin gündən-günə
artması, işğalçı
Ermənistanla müqayisədə
ordunun maddi texniki təminatında və digər göstəricilərində dəfələrlə
böyük üstünlüyə
malik olması bu sahədə araşdırma aparan beynəlxalq təşkilatlar
tərəfindən etiraf
edilməkdədir. Həmin təşkilatlar
onu da bildirir
ki, növbəti illər ərzində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı
fərq birincinin lehinə daha çox dəyişəcək.
Bununla belə real şəraitdə
də Azərbaycanla Ermənistan arasında ordu göstəricilərinə
görə fərq kifayət qədər böyükdür.
Londonda yerləşən Beynəlxalq
Strateji Araşdırmalar
İnstitutunun dünya
ölkələrinin hərbi
potensialını qiymətləndirən
illik hesabatından da bunu aydın
görmək mümkündür. 70 ölkəni əhatə edən hesabatda Azərbaycan və Ermənistan orduları haqda məlumatlar da yer alıb.
Hesabatdan bir daha aydın
olur ki, bütün parametrlər baxımından Ermənistan
ordusu Azərbaycan Silahlı Qüvvələrilə
müqayisədə çox
geridə qalır. Beynəlxalq Strateji
Araşdırmalar İnstitutunun
açıqladığı rəqəmlərə görə,
Azərbaycan ordusunda şəxsi heyətin sayı Ermənistan ordusundakı şəxsi heyətin sayından 35 faiz çoxdur. Ehtiyat qüvvələrinin sayına
görə isə Ermənistan Azərbaycandan
50 faiz geridə qalır.
Silahlı Qüvvələrin maddi texniki təminatı baxımından da Ermənistan Azərbaycandan
xeyli geridə qalır. Bu istər Hərbi Hava Qüvvələri, istərsə
də quru qoşunlarının istifadə
etdiyi texnikaya aiddir. Məsələn,
hesabatda yer alan məlumatlardan
belə məlum olur ki, Azərbaycan
ordusunun ixtiyarında olan döyüş qabiliyyətli tanklar Ermənistandakından 3 dəfə
çoxdur. Analoji fərqlər zirehli
transportyorların sayında
da özünü göstərir. Beynəlxalq Strateji
Araşdırmalar İnstitutu
bildirir ki, Azərbaycan ordusunun ixtiyarında olan döyüş qabiliyyətli
zirehli transportyorlar Ermənistandakından 3 dəfə
artıqdır.
Piyadaların Döyüş Maşını
(PDM) ilə bağlı
göstəricilər də
Azərbaycanın lehinə
dəyişir. Hesabata görə, hazırda
Azərbaycan ordusunda olan PDM-lərin sayı Ermənistandan 5 dəfə çoxdur.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu bəyan edir ki, Azərbaycanda
döyüş qabiliyyətli
təyyarələrin sayı
da Ermənistanın malik olduğu belə təyyarələrin
sayından 3 dəfə
çoxdur. Hər iki tərəfdə
əsasən Miq-25, Su-24 və
Su-25 təyyarələrinin olduğu bildirilsə də, Ermənistandan fərqli olaraq Azərbaycan ordusunun ixtiyarında daha müasir tipli təyyarələr də
mövcuddur. Belə təyyarələrə
misal olaraq Miq-29 qırıcıları göstərilir.
Bundan başqa, hesabatda bildirilir ki, Azərbaycanın "Aerostar" və
"Orbiter" tipli 6 müasir
pilotsuz uçuş aparatı olduğu halda, Ermənistanda belə pilotsuz uçuş aparatları yoxdur.
Raket qurğularına gəldikdə,
qeyd olunur ki, hər iki
tərəfdə arsenalın
çoxunu "Qrad"
tipli qurğular təşkil edir. Ancaq Azərbaycan
bundan başqa 12 ədəd daha müasir "Smerç"
qurğularına da malikdir. Həmin qurğular 1989-cu ildə Sovet ordusunun istifadəsinə verilib. Artilleriya qurğularının sayı baxımından da Azərbaycan Ermənistanı geridə
qoyur.
Tank əleyhinə silahlara gəldikdə, hesabata görə, burada Azərbaycanın arsenalı
Ermənistandan təxminən
10 dəfə çoxdur.
Bundan başqa, Azərbaycan həm də Hərbi Dəniz Qüvvələrinə malikdir
ki, bu ölkəmizin
Silahlı Qüvvələrinin
Ermənistan ordusu qarşısında üstünlüyünü
bir daha artırır. Bütün bunlar isə
bir daha Azərbaycanın bütün
sahələrdə olduğu
kimi, Silahlı Qüvvələr baxımından
da Ermənistanı xeyli qabaqladığından
və növbəti illər ərzində fərqi daha böyük göstəricilərə
çatdıracağından xəbər verir. Belə vəziyyət isə Ermənistanın işğalçılıq
siyasətini davam etdirəcəyi təqdirdə,
Azərbaycan qarşısında
diz çökdürülməsinə
daha güclü imkan yaradır.
Rasim Bayramov
Azərbaycan.-2009.-31 yanvar.-S.4.