Mərkəzi Seçki Komissiyasında görüş

 

Yanvarın 30-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ann Ders Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, səfir Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş 2009-cu il martın 18- təyin edilmiş referendumun hazırlanıb keçirilməsi ilə bağlı MSK-nın fəaliyyəti ilə maraqlanmışdır.

Komissiyanin sədri ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında səmimi səmərəli əməkdaşlığın mövcud olduğunu, bu münasibətlərin inkişaf etdirilməsindən daha da möhkəmləndirilməsindən məmnunluq duyduğunu bildirmişdir. O, MSK tərəfindən ümumxalq səsverməsinin hazırlanıb keçirilməsi üzrə Təqvim Planının təsdiqləndiyini qurumun bu plana uyğun olaraq addımlar atdığını qeyd edərək görülən işlər barədə ətraflı məlumat vermişdir.

Qonaq söhbət əsnasında, MSK-nın seçicilər aşağı seçki komissiyaları üçün hazırladığı maarifləndirmə proqramı barədə məlumat verilməsini xahiş etmişdir. Sədr komissiyanın referenduma hazırlıqla bağlı genişmiqyaslı maarifləndirmə proqramını həyata keçirdiyini bildirərək həmin proqram barədə ətraflı danışmış qeyd etmişdir ki, seçicilər üçün "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə uyğun olaraq Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılmış hissələrinin müqayisəli mətnini Referendum Aktının layihəsini dərc edərək aşağı seçki komissiyalarına vermiş onların seçicilərə çatdırılmasını tövsiyə etmişdir. M.Pənahov gələcəkdə görüləcək işlər barədə səfirə məlumat vermişdir.

Səfir səmimi qəbula görə təşəkkürünü bildirmiş ölkələrimiz arasındakı tərəfdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 yanvar.-S.4.