Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Gənclər Gününü qeyd etmişdir

 

Yanvarın 30-da Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

YAP Gənclər Birliyinin 2008-ci ili bütün ölkəmiz kimi uğurla başa vurduğunu diqqətə çatdıran təşkilatın sədri Ramil Həsənov vurğulamışdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti gəncliyin sevimlisi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət bir neçə istiqamətdə - gənclərin dövlət qulluğuna irəli çəkilməsi, əlverişli təhsil mühitinin yaradılması tələbə təqaüdlərinin mütəmadi artırılması, idmanın inkişafına, idmançılara göstərilən dövlət qayğısı digər formalarda özünü qabarıq şəkildə büruzə verir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev yalnız öz sıralarında 185 mindən artıq gənci birləşdirən YAP Gənclər Birliyi tərəfindən deyil, bütün Azərbaycan gəncliyi tərəfindən sevilir dəstəklənir.

Tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edən R.Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan danışmışdır. Qeyd etmişdir ki, ötən dövrdə dövlətimizin başçısının gərgin məhsuldar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlmiş, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Həyata keçirilmiş məqsədyönlü siyasət, uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, möhkəm ictimai-siyasi sabitlik sürətləndirilmiş, dinamik iqtisadi inkişaf həm gənclərimizin, həm bütün xalqımızın xoşbəxt gələcəyə inamını daha da artırmışdır. Dövlətimizin başçısı İlham Əliyevin gəncliyə verdiyi yüksək dəyər, ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həmişəyaşar müasir olduğunu təsdiq etməklə yanaşı, Azərbaycan gənclərinin Prezident, YAP sədri İlham Əliyevə olan inamını rəğbətini daha da gücləndirmişdir. 2009-cu ili xüsusi fəallıqla qarşılayan Azərbaycan gəncliyi üzərinə düşən məsuliyyəti dərk edərək doğma Vətənimizin daha da qüdrətlənməsi üçün yaradılmış imkan şəraitdən faydalanaraq ölkəsinin layiqli vətəndaşı olacaqdır.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan gənclərinə dövlətimizin göstərdiyi yüksək diqqət qayğıdan danışmış, ölkəmizdə gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar. Qeyd olunmuşdur ki, son 5 ildə qazanılmış uğurlar, əldə edilmiş nailiyyətlər martın 18- keçiriləcək referendum zamanı Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin gənclər tərəfindən dəstəklənməsində əsas rol oynamışdır YAP Gənclər Birliyi bu dəyişiklikləri yüksək qiymətləndirir, bütün Azərbaycan gəncliyini ümumxalq səsverməsində fəal iştiraka çağırır.

 

 

Azərbaycan.-2009.-31 yanvar.-S.4.