AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN LİTVA RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ

 

AZƏRTAC-ın xüsusi müxbiri Vilnüsdən xəbər verir ki, Azərbaycanın Baş naziri Artur Rasizadə aprelin 1-də Litva Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın Litvanın dövlət bayraqları ilə bəzədilmiş Vilnüs Beynəlxalq hava limanında Artur Rasizadəni ölkəmizin hökumət nümayəndə heyətini Litvanın kommunikasiyalar naziri Ziqmantas Balçitis, Litvanın Azərbaycandakı səfiri Qalina Kobeskayte digər rəsmi şəxslər qarşıladılar.

Elə həmin gün Litvanın Prezident sarayında dövlət başçısı Rolandas Paksas Azərbaycanın Baş nazirini qəbul etdi. Görüşdə, qarşılıqlı maraq doğuran bir çox məsələlər, ilk növbədə, ticarət-iqtisadi məsələlər müzakirə olundu.

Axşam Vilnüsün Milli icmalar evində hökumətimizin başçısının Azərbaycan icmasının nümayəndələri ilə səmimi görüşü keçirildi. İcmanın sədri Mahir Həmzəyev Baş nazir A.Rasizadəyə Litvadakı soydaşlarımızın həyatı fəaliyyəti barədə məlumat verdi. Baş nazir diasporun nümayəndələrinə xatirə hədiyyəsi təqdim etdi.

 

AZƏRTAC.- 2004.- 1 aprel.