LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN NİTQİ

 

- Zati-aliləri cənab Prezident İlham Əliyev!

 

Hörmətli xanım Mehriban Əliyeva!

 

Hörmətli xanımlar cənablar!

 

Sizin valehedici ecazkar dost ölkənizdə, xoş bir ünsiyyət şəraitində qonaq olduğumuz üçün mən Litva nümayəndə heyətinin üzvləri böyük məmnunluq hissləri keçiririk. Bütün nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Cənab Prezident, əminəm ki, Sizinlə daha tez-tez baş verən görüşlərimiz dövlətlərimiz xalqlarımız arasında, ticarət əlaqələrimizdə daha sürətli şəkildə yeni əməkdaşlıq tarixinin yaranmasına xidmət edir.

 

Cənab Prezident!

 

Biz bu gün Bakıda yalnız ticarət əlaqələrimizə, xarici siyasət təhlükəsizlik sahəsindəki münasibətlərimizə yeni təkan vermək üçün görüşmürük. Belə ki, bizim görüşümüzün gündəliyində həmçinin Baltik Qafqaz dövlətlərinin regional əməkdaşlığının genişləndirilməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi sahələrdə enerji sahəsində tərəfdaşlıq münasibətləri, Qafqazın həyatına maneə olan münaqişələrin sülh yolu ilə həllinin axtarışı kimi mühüm məsələlər durur.

Xüsusilə vacibdir ki, bugünkü dialoqumuzun əsasında nəinki bizi bir-birimizə bağlayan qarşılıqlı etimad rəğbət hissləri, eləcə Litva Qafqaz xalqlarının qədim tarixi əlaqələri durur. Biz hələ 1918-ci ildə, müstəqil dövlətlərimiz yaradılan dövrdə bir-birimizə ciddi şəkildə maraq göstərmiş hətta diplomatik münasibətlər qurmaq üçün çalışmışıq.

Hələ XX əsrin əvvəllərində, o vaxtlar burada yaşamış neft sənayesində çalışmış, habelə poçt xidmətində, orduda qulluqda olmuş çoxlu litvalı Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. Litva ədəbiyyatının klassiki, yazıçı Vintsas Kreve-Mitskyaviçyus o dövrdə Bakı Universitetinin ilk professorlarından biri olmuş, Bakı Litvalıları Cəmiyyətinin sədri kimi müstəqil Azərbaycan Respublikasının quruculuğu işlərində fəal çalışmış Litvanın Azərbaycanda ilk konsulu işləmişdir.

Məmnuniyyətlə qeyd edirəm ki, Dirçəliş Hərəkatının - Litva Sayudisinin hələ ilk təşəkkül tapması dövründə, Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti yaradılmışdır o vaxtdan indiyədək filoloq Mahir Həmzəyevin sədrlik etdiyi bu təşkilat digər milli azlıqlarla bərabər, Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında fəal iştirak etmiş, Litvanın demokratik Avropa dövlətləri ailəsinə qayıtması üçün çox işlər görmüşdür. Dövlətimizə belə loyal münasibət göstərdiklərinə görə biz Sizin soydaşlarınız olan Litvanın azəri vətəndaşlarına minnətdarıq.

 

Zati-aliləri, bu gün gələcəyimizi birgə qurmaq üçün nadir imkanlarımız vardır. Ölkələrimizdə kifayət qədər istedadlar yeni ideyalarla çıxış edən insanlar mövcuddur. Biz hökmən onların imkanlarından, demokratik dəyərləri bəsləyə-bəsləyə, müasir Avropa tərəfdaşlığını qurmaq, biri-birimizin ən yaxşı təcrübəsindən bəhrələnmək üçün istifadə etməliyik.

Vilnüsdə Bakıda səfirliklərin açılması, investisiyaların qoyulması ticarət əlaqələri üçün yeni yollar açan müqavilələrin imzalanması, əlbəttə ki, vaxtında atılmış addımlardır. Əminəm ki, indi Bakıda səfərdə olan Litva adamlarının nümayəndə heyətinin üzvləri burada özlərinə yeni tərəfdaşlar tapacaq bu, öz növbəsində, hərtərəfli əməkdaşlığımızı gücləndirəcəkdir.

Xalqlarımız arasındakı tarixi paralellərə nəzər yetirərkən görürəm ki, bizim ən böyük sərvətimizi - xalqlarımız mədəniyyətlərimiz arasındakı əlaqələri genişləndirib möhkəmləndirən, asılı olmayan məhdudiyyətə məruz qalmadan yaratmaq təşəbbüsü göstərən adamlarımız indiyədək heç vaxt bugünkü qədər olmamışdır. MəşhurDədə Qorquddastanlarının, Nizami, Səməd Vurğun, İlyas Əfəndiyev kimi ədəbi klassiklərin əsərlərinin Litva dilinə tərcüməsi sayəsində ölkənizin mədəniyyəti xalqınızın müdriklik xəzinəsi bizim üçün daha yaxın anlaşıqlı olmuşdur.

Münasibətlərimizdə yeni misallar da mövcuddur. Bizim siyasətçilərimiz diplomatlarımız beynəlxalq təşkilatların iclaslarında birgə iştirak edirlər. Litvalı Rimas Kurtinaytis Azərbaycan basketbolunda ustalığın artması üçün çalışır, azərbaycanlı İdrak Dadaşov isə VilnüsdəPenki Kontinentay” (“5 qitə”) şirkətinin işinə uğurla rəhbərlik edir. Uşaqlarımızı YUNESKO-nun dəstəyi ilə Qafqaz Baltik ölkələri xalqları nağıllarının çap olunduğuNağıl körpülərikitabı birləşdirir.

Biz yeniliklər üçün açıq olmağımızla, dünya xalqlarının işlərində fəal iştirak etməklə beynəlxalq siyasətin ən ciddi suallarının həllinə qoşulmaq istəyimizlə bir-birimizə bənzəyirik. Əsgərlərimiz İraqda Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirak edir, fəal surətdə öz təcrübələrini bölüşürlər. Biz idarəçilik bacarığımızı birgə təkmilləşdirir, hüquqi aktlarımızı uyğunlaşdırırıq. Əminəm ki, bu cür oxşarlıqlara görə biz xoşniyyətli qonşuluq əlaqələri quran yaxın müttəfiqə çevriləcəyik.

Cənab Prezident, bu gün bizim ölkələri səmimi açıqlıq qarşılıqlı etimad mühiti birləşdirir. İnanıram ki, gün gələcək, ölkələrimizi ticarət yolları enerji şəbəkələri bir-biri ilə bağlayacaq, xalqlarımızı isə Avratlantik icmasının əlaqələri birləşdirəcəkdir.

Cənab Prezident, çalışqan səbatlı olduğunuz üçün Sizin liderlik xüsusiyyətləriniz Azərbaycanın gələcək islahatlarının müvəffəqiyyəti məndə şübhə doğurmur. Sizə hökumətinizə uğurlar, Azərbaycan əhalisinə isə firavanlıq, sabitlik çiçəklənən həyat arzu edirəm.

Cənab Prezident, Avratlantik əməkdaşlığı sualları müzakirə olunarkən Siz həmişə mənə dost strateji tərəfdaş kimi güvənə bilərsiniz.

Nitqimi yekunlaşdıraraq, mən aşağıdakı fikirləri bildirmək istəyirəm. Hətta çox qısa səfərimin hələ ilk günü başa çatdıqdan sonra da Azərbaycanla bağlı baxışlarım olduqca aydındır. Ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşılmalıdır. Bu, müasir beynəlxalq sistemin əsasını təşkil edir. Biz beynəlxalq sistemin məhv edilməsinə imkan verə bilmərik. Mənim fikrimcə, Dağlıq Qarabağ problemi aşağıdakı kimi həll olunmalıdır:

 

Birincisi, işğalçı silahlı qüvvələr çıxarılmalı bu, beynəlxalq müşahidəçilərin nəzarəti altında həyata keçirilməlidir.

İkincisi, bununla yerli əhali üçün sabitlik, təhlükəsizlik təmin ediləcək Azərbaycanın suverenliyi tədricən bərpa olunacaqdır.

Sonda demək istəyirəm ki, Azərbaycan kimi böyük ölkəyə səfər edərkən, mən öz müqəddəratını təyin etmiş Azərbaycan xalqını Avropanın bir hissəsi kimi görürəm.

Fürsətdən istifadə edərək, bu badəni Sizin sağlığınıza qaldırıram. Sağ olun.

 

X X X

 

(Dövlət başçılarının nitqləri diqqətlə dinlənildi alqışlarla qarşılandı).

 

AZƏRTAC.- 2006.- 8 iyun.