BALTİK AZƏRBAYCANLILARI
KONQRESİ YARADILMIŞDIR
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri
Mahir Həmzəyev
AZƏRTAC-ın müxbiri
ilə söhbətində
demişdir ki, Azərbaycanla Latviya, Litva və Estoniya
arasında əlaqələrin
inkişafı üçün
mühüm addımlar
atılır. Bu ölkələrdə fəaliyyət
göstərən Azərbaycan
diaspor təşkilatlarının
təşəbbüsü ilə Riqada Baltik Azərbaycanlıları
Konqresi təsis edilmişdir. Konqresin məqsədi Azərbaycanın
xarici siyasətinin Latviyanın, Litvanın və Estoniyanın Avropa strukturlarında və digər beynəlxalq təşkilatlardakı
nümayəndələrinin vasitəsilə dəstəkləməsinə
nail olmaqdır.
Konqres, həmçinin
bu ölkələrdə
dünyaya gəlmiş
azərbaycanlıların - yeni nəslin doğma Azərbaycanla əlaqələrini genişləndirmək,
dilimiz, dinimiz və milli adət-ənənələrimiz
barədə onlara ətraflı məlumat vermək, onları milli ruhda tərbiyə
etmək üçün
xüsusi proqramlar hazırlayacaqdır.
M.Həmzəyev demişdir ki, dünya azərbaycanlılarının II qurultayından sonra bizdə bu işə xüsusi həvəs yaranmışdır. Birinci qurultaydan sonra görülmüş işlər, xüsusən Azərbaycan Prezidentinin dediyi sözlərin əməli işdə öz təsdiqini tapması bizi daha da ruhlandırır. İnanıram ki, qarşıya qoyduğumuz məqsədə nail olacaq və doğma Vətənimizin problemlərinin həllinə, lobbiçiliyin inkişafına öz töhfəmizi verə biləcəyik.
AzərTAc.- 2006.- 28 mart.