LİTVA RESPUBLİKASININ BAŞ NAZİRİ AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

 

AZƏRTAC xəbər verir ki, Litva Respublikasının Baş naziri Gediminas Kirkilas VilnüsdəkiMilli İcmalar Evi”ndə Litva Azərbaycanlıları Cəmiyyətinin üzvləri ilə görüşmüşdür. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə Litva Azərbaycanlıları Cəmiyyətindən məlumat verilmişdir.

Görüşdə Litva-Azərbaycan mədəniyyətlərarası dialoqunun genişləndirilməsi məsələlərinə toxunulmuş, xalqlarımız arasında bu cür dialoqun təşkilində, hər iki ölkədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, o cümlədən diaspor təşkilatlarının rolu xüsusi vurğulanmışdır. Litva ilə Azərbaycan arasında ictimai, mədəni əlaqələrin inkişafı ilə bağlı Hökümətlər arasında davam edən danışıqlar prosesinə qarşılıqlı mədəni tədbirlərin təşkilinə Litva Azərbaycanlıları Cəmiyyətinin qoşulmasının vacibliyi, eləcə bu sahədə toplanmış təcrübədən istifadənin əhəmiyyəti qeyd edilmişdir.

Cəmiyyətin sədri Mahir Həmzəyev 2007-ci ildə həyata keçirilməsi nəzərdə tutulmuşLitva-Azərbaycan mədəniyyətlərarası dialoqulayihəsini Baş nazirə təqdim etmişdir.

Cənab Gediminas Kirkilas Azərbaycana səfərini Bakıda keçirdiyi görüş söhbətlərini məmnunluqla xatırlamışdır. O, ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir.

 

AZƏRTAC.- 2007.- 2 fevral.