LİTVADA FƏALİYYƏT
GÖSTƏRƏN AZƏRBAYCAN
CƏMİYYƏTLƏRİNİN
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Xəbər verdiyimiz
kimi, sentyabrın 13-də
Prezident İlham Əliyev Litvada fəaliyyət göstərən
Azərbaycan cəmiyyətlərinin
nümayəndələri ilə
görüşmüşdür.
Diaspor nümayəndələri
fəaliyyətləri və
apardığı təşkilatlanma
işləri barədə
Prezidentə məlumat
verdilər. Dövlətimizin
başçısı diaspor
quruculuğu istiqamətində
görülən işlərdən
danışdı və
bildirdi ki, Azərbaycan dövləti
xaricdə yaşayan soydaşlarımızla əlaqələrin
güclənməsinə xüsusi
diqqət göstərir
və bu sahədə işlər bundan sonra da
davam etdiriləcəkdir.
Prezident İLHAM ƏLİYEV dedi:
- Yəqin ki, bilirsiniz, bu gün burada Litva-Azərbaycan biznes forumu öz işinə başlayıbdır.
Burada yerli həmkarları ilə iş qurmaq üçün Bakıdan
çoxlu iş adamları gəliblər.
Əlbəttə ki, mən çox istərdim ki, burada yaşayan azərbaycanlılar bu işlərdə çox
fəal iştirak etsinlər. İndi Azərbaycanda iqtisadi vəziyyət yaxşılaşır,
çoxlu özəl
şirkətlər yaranır,
onların imkanları
artır. Ümumiyyətlə,
ölkənin maddi imkanları artır. Biz hesab edirik
ki, Azərbaycan şirkətləri buraya investisiya qoymalıdır.
Buna böyük maraq var. Siz
də, burada yaşayan azərbaycanlılar
da bu işlərdə
iştirak etməlisiniz.
Artıq səfirlik də var, Azərbaycanın
rəsmi nümayəndəliyi
var. Bu da
ikitərəfli münasibətlər
üçün çox
vacib amildir. Yəni ki, hərtərəfli
münasibətlərin inkişafı
bizə lazımdır.
Bizim aramızda çoxlu sənədlər
imzalanıbdır. Siz
bu gün turizm haqqında söhbət açırsınız.
O cümlədən turizm
sahəsində əməkdaşlıq
haqqında bu gün sənəd imzalanıbdır. Yəqin
ki, gələn il həm burada,
həm də Bakıda mədəniyyət
günləri keçiriləcəkdir.
Çox əhatəli
Birgə Bəyannamə
imzalanmışdır. Litva
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı Azərbaycanın mövqeyini
tam dəstəkləyir
və bu, Bəyannamədə öz
əksini tapmışdır.
Yəni biz müttəfiqik və Prezident Adamkusla mənim aramda imzalanmış Bəyannamədə
göstərilir ki, bizim münasibətlərimiz
strateji tərəfdaşlıq
münasibətləridir. Burada
yaşayan azərbaycanlılar
bu münasibətlərə
öz töhfəsini
verməlidirlər. Siz
həm buranın vətəndaşlarısınız, həm də azərbaycanlısınız, yəni
bu işlərdə siz də çox
fəal iştirak etməlisiniz. Demək olar ki, biz
müstəqillik əldə
edəndən bəri
son bir neçə
il ərzində münasibətlər belə
sürətlə inkişaf
edir və yeni imkanlar yaranır.
Xaricdə yaşayan
azərbaycanlılar bizim
səfirlərimizdir, ictimai
əsaslarla işləyirlər.
Həm Azərbaycanı
möhkəmləndirirlər, həm də ki, qüdrətlənən
Azərbaycana arxalanırlar,
söykənirlər. Azərbaycan
dövləti nə qədər güclü olsa, sizin buradakı
imkanlarınız da bir o qədər genişlənəcəkdir. Xüsusilə
indiki şəraitdə
ki, Azərbaycan biznesi Litvaya gəlir və burada böyük işlər görmək niyyətindədir. Mən
sizi bu işlərə
fəal qoşulmağa
dəvət edirəm.
Bilirəm ki, siz çox fəalsınız. Burada çoxdan Azərbaycan qurumları, cəmiyyətləri
fəaliyyət göstərir.
Demək olar ki, hər bir
ölkədə Azərbaycan
təşkilatları fəaliyyət
göstərir. Bu, bizim gücümüzü
artırır. Siz burada nə qədər zəngin olsanız, siyasi sahədə, iqtisadi sahədə cəmiyyətə
nə qədər sıx inteqrasiya etsəniz, o qədər də Azərbaycanın da maraqları təmin olunacaqdır.
Bu işlərdə
sizə uğurlar arzulayıram. Həmişə
Azərbaycan dövlətinə
arxalana bilərsiniz.
MAHİR HƏMZƏYEV (Azərbaycan
Cəmiyyətinin sədri):
Damarında azərbaycanlı
qanı olan hər bir insanın
ürəyi vətənlə
döyünür. Siz
bu gəlişinizlə
Litva dövləti ilə Qarabağ haqqında da danışıqlar apardınız.
Litva dövləti bu problemə necə baxır? Bizi bu işdə
dəstəkləyirlərmi?
İLHAM ƏLİYEV: Bəli, tam şəkildə dəstəkləyirlər. Bunu
biz həm bugünkü görüşdə
eşitdik və ən əsası, - indi mən deyəcəyəm
və mətbuatda dərc olunacaq, mənimlə Prezident Adamkus arasında imzalanmış siyasi Bəyannamədə bu məsələ birmənalı
şəkildə öz
ifadəsini tapmışdır.
Litva Azərbaycanın
suverenliyini, ərazi bütövlüyünü tanıyır
və məsələnin,
münaqişənin ancaq
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllini mümkün
sayır. Bu, təkcə Litva dövlətinin mövqeyi
deyildir. Bilirsiniz ki, Litva Avropa
İttifaqının üzvüdür
və Avropa İttifaqının vahid xarici siyasət konturları artıq müəyyən olunubdur.
Avropa İttifaqının
mövqeyi bundan ibarətdir, Birləşmiş
Millətlər Təşkilatının
mövqeyi bundan ibarətdir. Bütün mütərəqqi dünyanın
mövqeyi bundan ibarətdir ki, bu məsələ ədalətli, ərazi bütövlüyü çərçivəsində
həll olunsun. Biz nə qədər
çox dəstək
alsaq, gücümüz
o qədər də artır. Ancaq o da həqiqətdir ki, bu məsələni
gərək biz özümüz həll edək. Özümüz.
İqtisadi qüdrəti
artırmaqla, hərbi
gücü artırmaqla,
qüvvələrimizi səfərbər
etməklə və bütün azərbaycanlıları
bir araya yığmaqla. Əgər
bütün azərbaycanlılar
bir araya gəlsələr, vahid bir qüvvə kimi çıxış etsələr, məsələ
daha da asanlıqla
öz həllini tapar. Amma, ilk
növbədə, bu,
bizim işimizdir. Biz də bunu
həll edəcəyik.
Mən buna şübhə etmirəm.
Əlbəttə ki, Litva-Azərbaycan münasibətlərində
bu amil həmişə
mövcuddur. Biz Litvanın mövqeyini bəyənirik.
Bir halda ki, birlikdən söhbət gedir, artıq burada səfirlik də var. Səfirlik dövlətin rəsmi nümayəndəliyidir, Prezidentin
birbaşa elçisidir,
nümayəndəsidir. Səfirlik
də gərək bütün diaspor təşkilatlarında olan
münasibətləri tənzimləsin
və xahiş edirəm, siz də öz fəaliyyətinizi səfirliklə
razılaşdırın. Səfirliyə
Xarici İşlər
Nazirliyindən göstərişlər
verilib ki, biz burada siyasəti
belə dolğun şəkildə, birlik əsasında aparaq. Heç bir ayrı-seçkilik olmamalıdır.
Nairə xanım da təcrübəli siyasətçidir. Uzun illər ərzində Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndəsi olubdur.
Xahiş edirəm ki, burada bu
işləri razılaşdırın.
Mən gələn ay buraya, energetika
sammitinə gələcəyəm.
X X X
Prezident İlham Əliyev görüşün sonunda diasporun üzvləri ilə xatirə şəkli şəkdirdi.
AzərTAc.-
2007.- 15 sentyabr.