MAHİR HƏMZƏYEV LİTVA
MİLLİ İCMALARI ŞURASINA RƏHBƏRLİK EDİR
Vilnüs, 2 noyabr
(AZƏRTAC). DELFİ portalının verdiyi xəbərə görə, Litva Respublikası Milli İcmaları Şurasına
həmin ölkədəki
Azərbaycan icmasının
sədri Mahir Həmzəyev rəhbərlik
etməyə başlamışdır.
Həmvətənimiz
bu postda Litvadakı yəhudi icmasının nümayəndəsi
Vitali Karakorskini əvəz etmişdir. Onun müavinləri Litvadakı “Daçiya” rumın mədəni icmasının sədri Luçiya Bartkene və Vilnüsdəki Ukrayna icmasının sədri Natalya Şervitenedir. Litva Baş nazirinin hüquqi səlahiyyətində
olan milli azlıqların məsələlərinin
əlaqələndirilməsi üzrə Komissiyaya altı nümayəndə
seçilmişdir.
M.Həmzəyevin bildirdiyinə
görə, qarşıya
qoyulan məqsəd bütün milli azlıqların fəaliyyətinin
ümumi ev – Litva naminə birləşdirilməsi, habelə
bütün milli azlıqlara inamın bərpa edilməsi və möhkəmləndirilməsidir.
M.Həmzəyev bu istiqamətdə inam köpüsü yaratmaq, əlaqələrin qarşılıqlı
olmasına və konkret nəticələr verməsinə nail olmaq niyyətindədir.
M.Həmzəyev hesab
edir ki, güclü milli icmalar güclü dövlət, güclü
dövlət isə güclü milli icmalar deməkdir.
Milli İcmalar Şurası 2003-cü ildə Milli Azlıqlar və Mühacirət Departamenti yanında məşvərət orqanı kimi yaradılmışdır. Şuranın əsas məqsədi milli özünüdərkin qorunub saxlanmasını və möhkəmləndirilməsini təmin edən milli icmaların mədəni inkişafının təşviqi, habelə Litvanın dünya millətlərinin mədəni həyatında bərabərhüquqlu iştirak etməsidir. Litvadakı bütün milli azlıqların nümayəndələri Şurada təmsil olunmuşlar.
AZƏRTAC.- 2009.- 2 noyabr.