LİTVA AZƏRBAYCANLILARI CƏMİYYƏTİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI HƏQİQƏTLƏRİ DÜNYAYA YAYMAQ MƏQSƏDİLƏ LAYİHƏ HƏYATA KEÇİRİR

 

Bakı, 1 sentyabr (AZƏRTAC). Litva Azərbaycanlıları Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya yaymaq məqsədilə layihə həyata keçirir.

Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə Ermənistan arasında uzun illərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi barədə informasiya savaşı çərçivəsində reallaşdırılan layihənin növbəti addımı olaraq cəmiyyət Litvanın tanınmış hərbi jurnalisti Riçardas Lapaytisin müsahibəsinin yayımını təşkil etmişdir. Litvalı telejurnalist Gintaras Visotskasun rus dilində aldığı müsahibə www.slaptai.lt saytında yerləşdirilmişdir. Video müsahibəyə www.slaptai.lt/news.php?readmore=1297 linkində baxmaq olar.

Qarabağ müharibəsinin canlı şahidi olan bu dəhşətli savaşla bağlı dünya ictimaiyyətinə obyektiv məlumat çatdıran Riçardas Lapaytis müsahibəsində çox vacib məsələlərə toxunmuşdur. O, bəzi məsələlərə dair ilk dəfə rus dilində açıqlama vermiş onları gündəmə gətirmişdir. Bunların arasında erməni hərbi qüvvələrinin mülki azərbaycanlılara qarşı kimyəvi silahları işlətməsi halları Litva Səhiyyə Nazirliyinin R.Lapaytisin bununla bağlı Azərbaycandan gətirdiyi dəlillərin təsdiq etməsi faktı s. vardır. Hərbi jurnalist Qarabağ müharibəsi zamanı gözü ilə gördüyü bir sıra məqamlara da toxunmuşdur. Bu baxımda həmin videomüsahibə ilə Azərbaycanda digər ölkələrdə yaşayan həmvətənlərimizin, eləcə başqa xalqların nümayəndələrinin tanış olması mühüm təbliğat əhəmiyyəti kəsb edir.

Qeyd edək ki, 43 yaşlı litvalı jurnalist Riçardas Lapaytis 1992-93-cu illərdə Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə bir neçə dəfə Azərbaycana gəlmiş, cəbhənin ön xəttində olmuş, Ağdam, Laçın, Naxçıvanik digər bölgələrdəki qanlı döyüşləri, milli qəhrəman, şəhid telejurnalist Çingiz Mustafayevlə birlikdə Xocalı soyqırımının dəhşətli görüntülərini fotolentə almış onları dünya mətbuatında yaymışdır. O, bu fədakarlığına görəAvrasiyaBeynəlxalq Mətbuat Fondunun mükafatına layiq görülmüşdür. Riçardas Lapaytis 1992-ci ilin noyabr ayında böyük çətinliklə Naxçıvana getmiş, Sədərəkdə Ermənistandan qaçqın düşən azərbaycanlılarla görüşmüş yerli televiziyada çıxış etmişdir. Həmin vaxtlarda Naxçıvan Ali Məclisinin sədri işləyən ulu öndər Heydər Əliyev R.Lapaytisi qəbul etmiş ona müsahibə vermişdir.

Riçardas Lapaytisin hər dəfə Azərbaycandan döndükdən sonra yazdığı materiallar Litvadakı erməniləri ermənipərəst qüvvələri qəzəbləndirdiyi üçün onun haqqında şərəf ləyaqətini təhqir edən yazılar dərc olunmuş, hətta təqiblərə məruz qalmışdır. İndi İrlandiyada yaşayan Riçardas Lapaytis əsasən bədii yaradıcılıqla məşğuldur Azərbaycan haqqında da yazıları vardır.

Xatırladaq ki, bir müddət əvvəl sözügedən layihə çərçivəsində litvalı tarixçi, etnoloq və siyasi şərhçi İmantas Melyanasın “Azərbaycan xalqına qarşı soyqırımı (1905-1994)” adlı tarixi oçerki litva dilində “Soyqırımı və müqavimət” (“Genocidas ir rezistencija” 2009, ¹ 1 (25)) elmi jurnalında dərc olunmuşdur.

 

AZƏRTAC.- 2009.- 1 sentyabr.